SEO sahəsi son dövrlər çox inkişaf etməyə başlayan sahələrdən biri hesab edilir. Xüsusilə də pandemiya dövrü zamanı onlayn satışların artması və bu satışların artırılması məsələsi birbaşa SEO işlərinə tələbatı artırmışdır.

 

Əvvəlki postlarda  SEO Mütəxəssisi Kimdir? – Vəzifə Və Öhdəlikləri haqqında məlumatlar qeyd edilmişdir. Onu da qeyd edək ki, ölkəmizdə SEO sahəsinə olan tələbatın əvvəlki illərə nisbətdə artıqığını müşahidə edirik.

 

Aşağıda sizin üçün TOP – 5 Youtube kanalı seçdim və linklərini paylaşdım, bu kanallardan SEO haqqında çox şey öyrənə bilərsiniz. Kanalların dili ingilis dilindədir, növbəti dəfə türk və azərbaycan dilində materialları da paylaşmağı düşünürəm.

1.Semrush rəsmi Youtube kanalı

Bu kanalda Semrush haqqında məlumatlar əldə etməklə yanaşı bir çox SEO texnikaları haqqında öyrənə biləcəksiniz. Məlumatlar bir qədər köhnə olsa da hələ də faydalıdır. Bu kanaldakı videolara müəyyən müddət ərzində  baxaraq bir çox xırdalıqları öyrənə biləcəksiniz.

 

 

2.Ahrefs rəsmi Youtube kanalı

Ahrefs SEO üçün önəmli bir analiz alətidir. Rəsmi kanalda siz SEO haqqında olan bir məsələlərin izzahı ilə tanış  ola bilərsiniz. Aşağıdakı video materiala keçid edərək, bilikləriniz yoxlaya və bilmədiklərinizi öyrənə bilərsiniz.

 

3.Brian Dean

Brian Drean dünya tanınmış SEO mütəxəssislərindən biridir. O həmdə ümumi rəqəmsal sahədə kifayyət qədər təcrübəlidir. Backlinko saytı da çox faydalı bloqlar ilə zəngindir. Youtube kanalındada siz bir çox maraqlı və fərqli məlumatlar ilə tanış olacaqsınız.

 

4.Neil Patel

SEO dedikdə ilk yadan düşən şəxs, Neil Pateldir. Onun bu sahədə olan fəaliyyəti  və təcrübəsi həddən artıq çoxdur. Ubersuggest kimi tanınan məhşur saytı da SEO işləri zaman çox faydalı hesab edilir. Youtube kanalı isə çox faydalı  videoalar ilə zəngindir, onu izləməklə SEO sahəsini daha dərindən öyrənə bilərsiniz.

 

5.Simplilearn

Simplilearn  Youtube kanalında siz texnologiya, IT, Rəqəmsal marketinq və onun əsas qolları haqqında çox dərin məlumatlar əldə edə bilərsiniz. Elə sizinlə bölüşdüyüm videoya baxmaqla buna başlaya bilərsiniz.

 

 

SEO öyrənmək üçün TOP 5 Youtube Kanalı  ümid edirəm sizin üçün faydalı olmuşdur. Növbəti bloq postlarında SEO öyrənmək üçün fərqli mənbələr də qeyd etməyi düşünürəm.

 

Yazılar haqqında fikirlərinizi rəy bölməsinə əlavə edə bilərsiniz.