SEO mütəxəssisi kimdir?

SEO mütəxəssisi bu sahədə dərin biliklərə sahib olan və müxtəlif startegiyalardan istifadə edərək vebsaytlarının inkişaf etdirilməsini təmin edən şəxsdir. O , bir çox bilik və bacarıqlara sahib olduğu üçün istənilən növ saytların optimizasiyası ilə məşğul ola bilir. Müasir dövrdə əsas məqsəd satışların artırılması  üçün internet resurslarından maksimum  səmərəli istifadə edilməsidir ki, SEO mütəxəssisləri reklama əlavə pul xərcləmədən orqanik yollarla satışı artırmağı bacarır. Onu da əlavə edək ki, bu sahədə çalışan şəxslər online idarə etmə ilə istənilən ölkədən gələn sifarişləri yerinə yetirə bilir, sadəcə evdən çıxmadan çox asanlıqla pul qazanmağı  bacarırlar.

SEO mütəxəssisinin vəzifə və öhdəlikləri:

On Page / Off Page Optimizasiya

Optimizasiya SEO mütəxəssisinin gördüyü ən önəmli  iş hesab edilir. Bura sayt daxili və xarici görülən optimizasiya işləri daxildir. İndi daha ətraflı öyrənmək üçün bunlara ayrı-ayrılıqda  baxaq:

On Page SEO

On Page SEO optimallaşdırman sayt daxilində görülən bütün  işləri əhatər edir. Bu işlərdə özüdə bir neçə mərhələdən ibarətdir:

 

1- Məzmunun yaradılması və optimallaşdırılması

2- Satışların optimallaşdırılması

3- Başlıq təqlərinin, meta təsvirlər yaradılması

4- Şəkillərin və Alt mətnlərin optimizasiya edilməsi

5- Açar sözlərin araşdırılması və düzgün yerləşdirilməsi

6- URL strukturunun formalaşdırılması

7- İstifadəçi davranışlarına uyğun strategiyaların qurulması

 

Off Page SEO

Off Page SEO kimi tanığımız saytdan kənar görülən optimizasiya işləri də məhs SEO mütəxəssisinin iş fəaliyyətinə daxildir. Bu tədbirlərdən bir neçə addımdan ibadərdir:

 

1- Guest blogging ilə əlavə bağlantıların alınması

2- Sosial media linklərin verilməsi

3- Backlinklərin alınması

4- Press releases vasitəsi ilə sayta trafik çəkilməsi

 

SEO mütəxəssisinin gördüyü digər işlər:

 

Mobile optimallaşdırma

Mobildə axtarışıların sayının artması ilə onun əhəmiyyəti də artmışdır. Google istəyir ki, onun indexləri mobil istifadəçilər üçün daha yaxşı işləsin. Buna görə də SEO mütəxəssisi mobildə edilən optimallaşdırma işlərinə xüsusi diqqət göstərməlidir.

 

Açar sözlərin analizi

On Page SEO optimallaşdırmada qeyd edilsədə bir SEO mütəxəssisinin ən önəmli işi məhz Açar sözlərin analizidir. Çünki SEO-da işlər bununla başlayır. Belə olduqda uyğun və rəqabətli açar sözlərin tapılması çox önəmlidir.

 

Məlumatların analiz edilməsi

SEO mütəxəssisi gördüyü optimallaşdırma işləri analiz alətləri vasitəsi ilə izləyir və nəticələri müəyyən edir.  Əldə olunan məlumatlardan düzgün nəticə çıxarmaqla optimallaşdırma işlərinin uğurlu və ya uğursuz olmasını müəyyən edir.

Backlinklərin alınması

Off Page SEO da qeyd etdiyimiz backlinklərin alınması özü SEO mütəxəssinin diqqətlə və incə işlədiyi bir məsələdir. Çünki alınan linkləri faydalı və uyğun olması lazımdır. Məqsəd saytın trafikinin artması və satış gətirməsidir. Əlavə olaraq On Page SEO-da olan daxili linklərin verilməsi də SEO mütəxəssisinin gördüyü digər əhəmiyyətli optimallaşdırma vasitəsi hesab edilir.

Sektoru izləmək və uyğun tədbirlərin görülməsi

SEO mütəxəssinin digər xüsusiyyəti isə sektoru izləməsi və yeniliklərlə tanış olmasıdır. Baş verən dəyişiklikləri anında  müəyyən edib, ona uyğun optimallaşdırma işlərinin görülməsi çox zəruridir.

Saytın rəqib analizi necə edilir?

Digər əməkdaşlar ilə qarşılıqlı işlərin görülməsi

Rəqəmsal Marketinq bir neçə hissəyə bölünmüşdür, SEO –da onun bir parçasıdır. Buna görə də gərəkdir ki, 360 dərəcə marketinq işlərində qarşılıqlı fəaliyyət göstərilsin. Sosial media, Google Ads reklamları  və digər işləri görən əməkdaşlar ilə qarşılıqlı əlaqə zəruridir. Saytla işləyən SEO mütəxəssisi müəyyən səviyyədə proqramlaşdırma biliyinə sahib olmalı və proqramistlərə lazımı texniki tapşırıqları təqdim etməlidir.

 

Bu  yazı SEO mütəxəssisi olmaq istəyən və bu sahə ilə maraqlanan şəxslər üçün məlumat xarakterli yazılmışdır, ümid varam ki kimlərəsə faydalı olmuşdur.

Fikirlərinizi rəy bölməsində bildirməyi unutmayın.