ECommerce SEO Xidməti

SEO onlayn mağazanızı böyütmək, gəlirlərinizi və sifarişlərinizi artırmaq üçün ən sərfəli və effektiv alətdir. Google Axtarış sistemində ilk pillələrdə saytınız görünərsə daha çox insan sizin biznesi tapacaq. Əgər siz e-kommers layihənizi böyütmək və orqanik trafikinizi artırmaq istəyirsinizsə, ELSEO sizə kömək edə bilər. “Pulsuz təklif al” düyməsinə klik edərək formu doldurun, qısa vaxt ərzində geridönüş edək.

E-commerce SEO xidmətlərimiz sizə nə verəcək?

  • Onlayn mağazanızı Google axtarış sistemi üçün optimizasiya etmək sizə təklif etdiyiniz məhsul və xidmətlərlə maraqlanan hədəf kütlənizin qarşısına çıxmaq imkanı verəcək. Həm də kliklər və görüntülənmə üçün heç bir pul ödəmədən!
  • Saytınıza klik edən şəxslər sırf sizin hədəf kütləniz olduğu üçün ROI indeksi olduqca yüksəkdir
  • SEO işlərindən alınan nəticələr uzunmüddətlidir. Bu da biznesinizin perspektivi üçün olduqca əlverişli yatırım deməkdir.
  • Unutmaq lazım deyil ki, onlayn mühitdə rəqabət  kifayət qədər yüksəkdir. SEO isə bu mühitdə rəqib bizneslərlə onlayn mühitdə konkurensiya aparmağa imkan yaradır.
E-commerce SEO xidmətlərimiz sizə nə verəcək?

E-ticarət layihənizi nə üçün bizə etibar etməlisiniz?

  • Elseo-da biz müştərilərə standart SEO konsultasiyası verməklə kifayətlənmirik. Sizin e-ticarət layihənizdə ilk gündən SEO strateqiyasının qurulması, həyata keçirilməsi və inkişaf etdirilməsində komanda olaraq iştirak edirik. 
  • Azərbaycan, Ərəb ölkələri və Amerika bazarında e-commerce layihələr üzrə uğurlu nəticələrimiz var. 
  • 10 ildən artıqdır ki, müxtəlif məhsul və xidmət kateqoriyalarının təqdim olunduğu e-ticarət layihələrində topladığımız təcrübə imkan verir ki, müştərilərimizin problemlərini daha yaxşı anlayaq və nəticəyönümlü həllər təklif edək.
E-ticarət layihənizi nə üçün bizə etibar etməlisiniz?

E-commerce seo xidmətlərimizə nələr daxildir?

  • Saytınız üçün e-commerce SEO strateqiyası
  • Məhsul və xidmətlərinizə uyğun açar sözlərin araşdırılması
  • SEO-copywriting
  • Texniki SEO tapşırıqlarınız yazılması və prosesin izlənməsi
  • Aylıq hesabatların verilməsi
E-commerce seo xidmətlərimizə nələr daxildir?

Nə üçün SEO-ya investisiya etməlisiniz?

  • Sadəcə 25% istifadəçi Google-da 2-ci səhifəyə keçid edir. 60% istifadəçi isə ilk 3 nəticə ilə kifayətlənir.
  • Axtarış sistemlərində sponsorlu nəticələr axtaranların 70%- tərəfindən iqnor olunur.
  • Dünya üzrə insanların 60%-dən çoxu məhsul almamışdan öncə onlayn araşdırma edir.
Nə üçün SEO-ya investisiya etməlisiniz?
Xidmətlərimizlə bağlı pulsuz təklif paketi almaq istəyirsinizsə, formu doldurun.

TƏKLİF AL

Rəqəmsal marketinqlə biznesini inkişaf etdirməyə hazırsan?

ELSEO sizə
bu xidmətləri təklif edir:

Rəqəmsal dünyanın üstünlüklərindən faydalanmaq Google axtarış sistemində ön sıralarda olmaq, hədəf kütlənizə çatmaq və satışlarınızı artırmaq istəyirsiniz? Peşəkar komandamız sizin yardımçınız olmağa hazırdır!

Link-Building-Icon

Biz sizə kompleks SEO xidməti təqdim edirik. Kompleks SEO xidmətlərimizlə, açar sözlər ilə saytınıza orqanik trafik çəkə və hədəf auditoriyanıza rahatlıqla çata bilərsiniz.

Keyword-Research-Icon

Onlayn mağazanızı Google axtarış sistemi üçün optimizasiya etmək sizə təklif etdiyiniz məhsul və xidmətlərlə maraqlanan hədəf kütlənizin qarşısına çıxmaq imkanı verəcək.

Traffic-Analytics-Icon

SEO audit xidməti veb-saytınızın axtarış sistemlərində zəif nəticələr əldə etməsinin ən əsas səbəblərini aşkarlamaq üçün ən effektiv və sürətli yoldur.

Rank-Tracking-Icon

Google reklam xidmətləri ilə istədiyiniz kütləyə ən uyğun məcrada və formada görünə bilərsiniz. Google Ads xidmət və məhsullarınızı daha çox insana çatdırmağın ən ideal yoludur.

Content-Creation-Icon

Online Reputation Management (ORM) – fərdlər və ya qurumlar haqqında onlayn mühitdə müsbət imic formalaşdırmaq üçün lazım olan PR strateqiyalarından biridir.

Back-Link-Building-Icon

YouTube Google-dan sonra ən böyük axtarış sistemidir. YouTube SEO xidmətimizdən yararlanaraq hədəf kütlənizə çataraq arkanızın populyarlığını artıra bilərsiniz.

BLOQLAR