SEO yoxsa SEM ?

SEO yoxsa SEM ?

SEO yoxsa SEM ?-ElSEO

Rəqəmsal marketinq son illərdə hər bir biznes üçün əvəzedilməz vasitə olmaqda davam edir. Kiçik sahibkarlardan tutmuş böyük şirkətlərə qədər, hətta dövlət qurumları belə bu xidmətlərin nə qədər vacib olduğunu dərk edirlər. Əlbəttə ki, hər birinin əsas məqsədi insanların onları axtardıqları zaman Google, Yandex,  Bing və s kimi axtarış sistemlərində ilk sıralarda görünməkdir. Rəqabətin çox olduğu bu rəqəmsal mühitdə isə əsas hədəf ilk görünən və seçilən olmaqdır.

 

Bəs ilk görünən olmaq üçün nə edilməlidir?

Saytların axtarış sistemlərində ilk sıralarda görünməsi üçün SEO və SEM xidmətinə ehtiyacınız var. SEO və SEM (Axtarış Sistemlərində Pullu Reklam) ən çox yayılmış iki rəqəmsal marketinq strategiyasıdır. Hər ikisi də da veb saytınızın axtarış sistemlərində görünürlüyünü artırmağa kömək edir. Bununla birlikdə, ikisi arasında əhəmiyyətli fərqlər də var. 

 

SEO prosesi düzgün və daimi olaraq yerinə yetirilərsə sayta orqanik (pulsuz) trafik cəlb edə bilər, şirkətinizin tanınmasına və satışların artmasına böyük təsir göstərə bilərsiniz. SEM ilə də eyni prosesləri axtarış sistemləri üzərində ödənişlə etmək mümkündür. Burada əsas fərq SEO nəticələrinin uzun müddət tələb etməsi, SEM-in isə reklamı aktiv etdiyiniz andan görünməsidir. 

 

SEO xidməti və SEM xidməti arasında fərqlər hansılardır?

SEO xidməti uzunmüddətli bir prosesdir və sizə istədiyiniz nəticələri almaq üçün zaman lazımdır. Təbii ki, qısa müddətdə də bu nəticələri və trafik artımını görə bilərsiniz. Lakin, birinci səhifədə ilk sıralarda yer tutmaq üçün optimizasiya işləri aparmalı və rəqiblərinizi keçməlisiniz. 

 

SEM xidməti zamanı isə reklamlar ödənişlidir və başladığınız gündən uyğun büdcəni təyin etsəniz ilk sıralarda görünə bilər və xidmətinizi sata bilərsiniz.

 

SEO xidmətinin üstünlükləri

  • Satdığınız məhsul, xidmət haqqında daha çox informasiya, müqayisə xarakterli sözlər ilə müştərilərinizə görünə bilər və onları daha çox məlumat əldə etməsinə köməklik göstərə bilərsiniz. 
  • Faydalı kontentlər yaradaraq daha çox sayt trafiki əldə edə bilər və markanızın PR-ı üçün müsbət xarakter formalaşdıra bilərsiniz. 
  • Ən önəmlisi isə, Google klik və göstərim üçün heç bir ödəniş tələb etmir. Sadəcə müştərilərinizi daha yaxşı tanıyıb, onların axtarışlarına uyğun cavab verəcək kontentlər yaratmalı və buna uyğun saytınızın digər texniki göstəricilərinin yaxşı olmasını təmin etməlisiniz. 

 

SEM xidmətinin üstünlükləri

  • SEM xidmətinin üstünlüyü onun qısa zamanda aktiv olunması və mövcud nəticəni gün ərzində əldə edilməsidir. 
  • Bundan başqa siz birbaşa satış məqsədli açar sözlərə uyğun müştərilərinizə görünə bilər, qısa zamanda satış həyata keçirə bilərsiniz. 
  • Ən əsas üstünlüyü isə nəticələri real zamanda izləmək və ona uyğun yeni optimizasiyalar edə bilmək imkanıdır.

 

SEO + SEM =  Doğru marketinq strategiyası 

SEO yoxsa SEM daha effektivdir sualı isə həmişə ən çox verilən suallardan biridir. Bir biznes üçün hər ikisinin eyni zamanda davamlı olaraq çalışılması daha çox insana çatmağınıza və bunun nəticəsində effektiv nəticələr əldə etməyinizə köməklik göstərəcəkdir. 

 

Rəy Yaz
Ad Soyad
Email
BLOQLAR