SEO sahəsində texnologiyanın gücü ilə sürətli nəticə əldə etmək istəyirsinizsə, Programmatic SEO anlayışı ilə tanış olmağın vaxtıdır. Xüsusilə yüzlərlə və ya minlərlə açar sözə uyğun səhifə yaratmaq istəyənlər üçün bu yanaşma əsl fürsətdir. Bəs programmatic SEO nədir və necə işləyir?

Programmatic SEO: What Is It And How To Do It | Break The Web

 

Programmatic SEO – açar sözlərə uyğun şəkildə minlərlə səhifənin avtomatik şəkildə yaradılması prosesidir. Əl ilə yazılmış SEO məqalələrindən fərqli olaraq, bu üsul şablon kontentlərməlumat bazası (CSV faylı, API və ya databaza) əsasında işləyir. Hədəf – long-tail açar sözlərə uyğun kontent yaradaraq daha çox orqanik trafik əldə etməkdir.

 Programmatic SEO necə işləyir?

Bu sistemin əsas iş prinsipi 3 mərhələdən ibarətdir:

1. Verilənlər bazasının yaradılması

Məhsul adları, şəhər adları, markalar, qiymətlər kimi dəyişənlər toplanır. Məsələn: Bakı, Dubai, BMW, Mercedes, 50 AZN…

2. SEO şablonlarının hazırlanması

Açar sözləri daxil edəcəyimiz struktur yaradılır:

  • Başlıq: {{Brand}} car rental in {{City}} | Starting from {{Price}}

  • Meta təsviri: Rent {{Brand}} cars in {{City}}. Affordable prices starting at {{Price}} per day.

3. Səhifələrin avtomatik yaradılması

Verilənlər baza ilə şablon birləşdirilir və minlərlə fərqli səhifə yaradılır:

  • /rent-a-car/baku-bmw

  • /rent-a-car/dubai-mercedes

  • /rent-a-car/sharjah-toyota və s.

SEO & User Intent in Keyword Research

 

 Programmatic SEO-nun üstünlükləri

  • Sürətli miqyaslama: Əllə 50 səhifə yazmaq zaman alır, amma programmatic SEO ilə minlərlə səhifə bir neçə saatda yaradıla bilər.

  • Long-tail trafikin artması: Nadir axtarışlar üçün optimallaşdırılmış səhifələr daha çox klik gətirir.

  • Daha az əməyə çox nəticə: Əsas işi bir dəfə qurursan, davamı avtomatik gedir.

 Programmatic SEO Diqqət edilməli risklər

⚠️ Programmatic SEO güclüdür, amma səhv istifadə edildikdə sayta ziyan verə bilər:

  • Təkrarlanan kontent problemi – bütün səhifələr bir-birinə bənzər olarsa, Google indeksdən çıxara bilər.

  • Dəyərsiz kontent – səhifələr yalnız maşın üçün yazılıbsa, istifadəçi üçün heç bir fayda yaratmırsa, sıralamada aşağı düşəcək.

  • Yavaş yükləmə və texniki səhvlər – minlərlə səhifə varsa, server yüklənməsinə diqqət etmək lazımdır.

What is Programmatic SEO? [How to do it in 4 simple steps]

 

Programmatic SEO – düzgün tətbiq edildikdə, saytınızın Google axtarış nəticələrində yüzlərlə yeni mövqeyə sahib olmasına imkan verir. Lakin bu yanaşma planlama, texniki təmizlik və istifadəçi üçün dəyər tələb edir. Əgər bunları nəzərə alaraq proqramlaşdırılmış SEO tətbiq etsəniz, nəticələr həm sürətli, həm də davamlı olacaq.