Marketinq nədir?
Marketinq müştərilərin ehtiyaclarını ödəməklə mənfəət əldə etməyi hədəfləyən sahəyə deyilir. Bu fəaliyyət sahəsi, hər hansı marketinq yönümlü fəaliyyətin mahiyyətini – məhsul və ya xidməti hədəf olan auditoriyaya satmaq qabiliyyətini göstərən çox ümumi tərifdir. Başqa sözlə desək, marketinq bazarda rəqibləri təhlil etmək, istehlakçı tələbatını müəyyənləşdirmək və hədəf auditoriya ilə məharətlə ünsiyyət qurmaq bacarığını özündə birləşdirən mürəkkəb və intizam tələb edən yoldur. Bir sözlə, peşəkar marketoloq insanların və ya təşkilatların, xidmətlərə və məhsullara olan ehtiyaclarını təyin edərək istehlakçı tələbinə necə çevirməyi başa düşməli və doğru strategiya seçərək yol almalıdır.
Marketinqin qısa təsviri
Marketinqi qısaca təsvir etsək, deyə bilərik ki, marketinq müştəri ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan fəaliyyət növüdür. Əslində, qeyd olunanlar bütün şirkətlərin marketinq strategiyalarının əsas məqsədidir. Bu yolda qoyulmuş hədəfə çatmaq üçün marketoloqlar biznesin inkişafı qarşısında duran problemləri həll etməyə təşəbbüs göstərirlər. Hər bir şirkətin fəaliyyət göstərdiyi sahədə müştəri ehtiyaclarının təhlili vacib amillərdən biri, hətta birincisidir deyə bilərik.
Marketing strategiyası: Bazarda Rəqiblər və Tələbatın Təhlili
Bazarda rəqiblər və tələbatın təhlili nədir, istehsal edilən və ya satışa çıxarılan məhsula tələbat varmı? Ümumiyyətlə, məhsulu satışa çıxarmazdan əvvəl hədəf auditoriyanı seçmək üçün hansı meyarların nəzərə alınması ilə bağlı araşdırma aparılmalıdır? Eyni sahədə fəaliyyət göstərən rəqiblərin satış təkliflərini öyrənmək, həmçinin müəyyən bir işdə qiymət təkliflərini araşdırmaq mühüm rol oynayır. Əldə edilən məlumatlar əsasında şirkətin qiymət siyasəti hazırlanır və bu yolla irəliləmək üçün marketinq yönümlü təkliflər dəyərləndirilir.
Məhsul və Xidmət Təkliflərinin Formalaşdırılması
Məhsul və xidmət təklifinin formalaşdırılması nə üçün vacibdir? Hər hansısa xidmət sahəsində bazara çıxmazdan əvvəl göstərəcəyiniz xidmətlərin çeşidini istehlakçı tələbinə uyğunlaşdırmaq vacib amillərdən biridir. Bazara girən şirkətlərin əksəriyyəti mövcud tələblə işləməyi üstün tutur və bu yolda müsbət addımlar atmağa səy göstərir. Buna görə də, istehlakçı tələbinə uyğun məhsulun təşviqi tələb olunur və büdcə önəmli rol oynayır. Bu yolda göstərilən xidmət və müştəri məmnuniyyətinin rolu danılmazdır. İdeal marketinq dedikdə təkcə malların satışı nəzərdə tutulmur, eyni zamanda alıcıları daimi müştərilərə çevirmək üçün bir siyasət prosesi nəzərdə tutulur. Bu sistemdə hər şey vacibdir:
- Məhsul keyfiyyəti,
- Xidmət keyfiyyəti,
- Müştəri dəstəyi.
Aşağıdakı prinsiplər marketinq problemlərini effektiv şəkildə həll etməyə kömək edir:
- Şirkətin istehsal imkanlarını anlamaq,
- Malların və ya xidmətlərin satışı üçün yarana biləcək problemləri qabaqlamaq bacarığı.
Bundan əlavə, şirkət doğru zamanlama ilə dəyişən tələbata çevik reaksiya verməli və hədəf auditoriyanın ehtiyaclarına uyğun olaraq məhsul çeşidini yeniləməyi bacarmalıdır. Biz yuxarıda marketinqin nə olduğunu müzakirə edərək, onun məqsəd, vəzifə və prinsiplərini müəyyən etdik və sizə bildirdik. İndi isə marketinqin beş əsas funksiyasına nəzər salaq:
Marketinqin Əsas Funksiyaları
- Analitik Funksiya
Şirkətə, bazara və istehlakçı tələbinə təsir edən xarici və daxili amilləri öyrənmək üçün fəaliyyətlər toplusudur. Buraya rəqiblərin təhlili, hədəf auditoriyanın ehtiyaclarının öyrənilməsi və satınalma davranışının proqnozlaşdırılması daxildir. Bundan əlavə, şirkətin daxili fəaliyyəti də təhlil edilərək – korporativ mühitin zamanın tələblərinə necə cavab verməsi, şirkətin rəqibləri ilə müqayisəsi araşdırılır. - İstehsal Prosesi
İstehsal prosesinin özünü bir neçə komponentə bölmək olar: satınalmanın təşkili, mal və xidmətlərin satışı, anbar və s. Saydıqlarımız toplu şəkildə bir-biri ilə sıx əlaqəli olduğundan hər biri üçün araşdırma aparılmalı və istehsal prosesinə tətbiq edilməlidir. - İdarəetmə və Nəzarət
Marketinqdə idarəetmə və nəzarət strateji məqsədlərin müəyyən edilməsi, bazar təhlili, büdcənin idarə edilməsi və performansın ölçülməsi kimi prosesləri əhatə edir. Bu proseslər marketinq fəaliyyətlərinin effektiv idarə olunmasını mütəmadi olaraq qiymətləndirilməsini təmin edir və beləliklə, şirkətlərə rəqabət üstünlüklərini qoruyub saxlamağa kömək edir. - Satış
Satış müəssisənin qiymət və məhsul siyasətinin formalaşmasına cavabdeh olan əsas funksiyalarından biridir. Daha geniş mənada satışa-mal və xidmətlərə tələbin genişləndirilməsi və yeni bazarların inkişafı üzrə fəaliyyətlər daxildir. Bu fəaliyyətləri diqqətli araşdırmaq və doğru addımların atılması vacibdir. - Yenilikçi Funksiya
Yenilikçi, yeni məhsulun hazırlanması və bazara çıxarılması anlamını daşıyır. Yenilikçi funksionallığı bu marketinq üsulları ilə dəstəklənir – sorğu, bazar vəziyyətinin təhlili, müşahidələr, istehlakçı tələbinin öyrənilməsi. Məhsulun təşviqi baxımından onlayn və oflayn mühitlərdə, şəxsi satış və məsləhətləşmələrdə reklam texnologiyalarından istifadə olunur. Bütün bu saydıqlarımız marketinqin inkişafı üçün mühüm addımlardır. Siz də uğur qazanmaq və daim yenilikçi ruhda olmaq istəyirsinizsə, qeyd olunanları araşdırmaq və bu yöndə addımlar atmalısınız.
Marketinqdə Analitik Funksiyanın Əhəmiyyəti
Marketinqdə Analitik funksiyanın əhəmiyyəti – marketinq strategiyalarının əsasını təşkil edir. Şirkətlər rəqiblərin təhlilini, bazar tələbatını və istehlakçı davranışlarını öyrənməklə daha uğurlu strategiyalar hazırlaya bilərlər. Bu funksiya həm də şirkətin daxili proseslərini optimallaşdırmaq üçün əhəmiyyətli rol oynayır və müasir rəqabət şəraitində üstünlük qazandırır.
Yenilikçi Marketinq Strategiyalarının Biznesdəki Rolu
Yenilikçi marketinq, bazara yeni məhsulların uğurla çıxarılması üçün vacibdir. Şirkətlər yeni məhsul və xidmətləri təqdim edərkən müasir texnologiyalardan və reklam metodlarından istifadə etməlidirlər. Onlayn və oflayn mühitlərdə yenilikçi təşviq strategiyaları tətbiq edərək bazarda mövqelərini gücləndirə bilərlər.
Bu və digər bloglarımız haqqında Ətraflı məlumat üçün Elseo.az saytımıza daxil ola bilərsiniz.
Əla, super
Gözəl izah etmisiz. Sağolun