Texniki SEO Checklist (2022)

 

Bu yazı ilə Texniki SEO işlərinizi yoxlaya biləcəksiniz. Saytınızın texniki problemlərini müəyyən edə və onların həlli üçün müəyyən yollar tapa bilərsiniz. Aşağıdakı məsələləri diqqətə alaraq, onların üzərində işləməyiniz məsləhətdir. Texniki SEO problemləri adətən aşağıdakı maddələrdə qeyd olunan məsələlər ilə bağlı olur. Yenə daha dərin məluamt üçün məqalənin sonunda sizinlə bəzi mənbələri bölüşəcəm.

1.Page experience – core web vitals

Saytınıza daxil olan istifadəçilərə xoş bir təəssürat yaratmaq üçün saytı maksimum dərəcədə istifadəçiyə uyğun tərtib etmək lazımdır. Əlavə olaraq bu haqda araşdırma edərək, yeniliklər tətbiq etmək zəruridir.

 

  • Mobile-friendliness- İstifadəçilərin mobildə saytdan rahat istifadə etməsi üçün görülən işlər. Mobile’dən sayta daxil olanların sayı artmışdır.
  • Safe-browsing-  istifadəçilər zərərli saytlara keçməyə və ya zərərli faylları yükləməyə cəhd etdikdə onlara xəbərdarlıq  edir
  • HTTPS security- saytın təhlükəsizliyinin qorunması ilə əlaqədardır.

 

Bu maddələr  haqqında detallı yazılar olacaq, məqalə daha da uzun olmasın deyə, sadəcə üzərində keçərək, qeydlər edilmişdir.

2.  Crawling and crawl errors

İkincisi, saytınızın hər hansı craw xətası olmadığından əmin olmaq lazımdır. Axtarış motoru veb saytınızdakı bir səhifəyə daxil olmağa çalışdıqda, lakin uğursuz olduqda crawl xətaları baş verir.Siz Screaming Frog və ya digər onlayn veb sayt tarama alətlərindən istifadə edə bilərsiniz–bunu etməyə kömək edəcək çoxlu alətlər var. Saytı taradıqdan sonra hər hansı tarama xətası olub olmadığını yoxlayın. Bunu Google Search Console ilə də yoxlaya bilərsiniz.

* Crawl- Azərbaycan dilində tarama kimi tərcümə edilir, axtarış botlarının, saytı yoxlaması və lazım olan məlumatları əldə etməsi və ya bir növ retgenini çıxarması kimi başa düşülür.

3.Internal and outbound links

Keyfiyyətsiz link strukturu həm insanlar, həm də axtarış motorları üçün aşağı  istifadəçi təcrübəsinə səbəb ola bilər. İnsanların veb saytınızdakı bir keçidə klikləməsi və bunun onları düzgün və ya işləyən URL-yə aparmaması sizin üçün mənfi təsiri ola bilər.

4. Duplicate contents

Saytınızda dublikat və ya əlaqəsiz məzmun olmadığından əmin olun. Dublikat məzmuna bir çox amillər səbəb ola bilər, burada yaratdığınız məhsul kateqoriyası və ya məzmun oxşarlığı səbəblərə missal ola bilər.

5.  HTTPS protocol

Hələ 2014-cü ildə Google HTTPS protokolunun reytinq faktoru olduğunu elan etdi. Beləliklə, 2022-ci ildə saytınız hələ də HTTP-dirsə, keçid etmək vaxtıdır.HTTPS, hakerlik və ya məlumat sızmasının qarşısını almaq üçün təqdim olunan məlumatların şifrələnməsini təmin etmək üçün istifadəçilərinizin məlumatlarını qoruyacaq.

6. Clean structure URLs

Google deyir ki : “Saytın URL strukturu mümkün qədər sadə olmalıdır.” Həddindən artıq mürəkkəb URL-lər saytınızdakı eyni və ya oxşar məzmuna işarə edən lazımsız çox sayda URL yaratmaq istifadəçilər üçün problemlər yarada bilər.

7. XML sitemap

XML sayt xəritələri axtarış motorlarına saytınızın strukturu və SERP-də nəyi indeksləşdirəcəyiniz barədə məlumat verir.Optimallaşdırılmış XML sayt xəritəsi aşağıdakıları əhatə etməlidir:

·    Saytınıza əlavə edilən hər hansı yeni məzmun (son blog yazıları, məhsullar və s.).

·    Yalnız 200 statuslu URL.

·    50.000 URL limiti

Saytınızın daha çox URL-ləri varsa, tarama büdcənizi artırmaq üçün çoxlu XML sayt xəritələriniz olmalıdır.

8. Robots.txt file

Robots.txt faylları axtarış motoru robotları üçün veb saytınızı necə taramaq barədə təlimatlardır.Hər bir veb-saytın “tarama büdcəsi” və ya taramaya daxil edilə bilən məhdud sayda səhifələr var – buna görə də yalnız ən vacib səhifələrinizin indeksləndiyinə əmin olmaq vacibdir.

9.  Structured data or Schema markup

Strukturlaşdırılmış məlumatlar səhifə və onun məzmunu haqqında məlumat verməyə kömək edir. Google’a səhifənin mənası haqqında kontekst verir və üzvi siyahılarınızın SERP-lərdə seçilməsinə kömək edir.Strukturlaşdırılmış məlumatların ən çox yayılmış növlərindən biri sxem işarələmə adlanır. İnsanlar, yerlər, təşkilatlar, yerli bizneslər, rəylər və sair üçün məlumatların strukturlaşdırılması üçün çoxlu müxtəlif diaqram işarələri var.

 

Daha dərin məlumatlar əldə etmək üçün linklər:

 

Technical SEO Checklist: 10 Technical SEO Tips to Instantly Boost Your Traffic 

Technical SEO Checklist – SEO Audit – SEOquake

Technical SEO Checklist – The Roadmap to a Complete Technical SEO Audit