SEM “Search Engine Marketing” mənası axtarış sistemi marketinqi deməkdir. Google axtarışları zamanı qarşınıza ilk çıxan “reklam” yazılı başlıqlar SEM prosesinin nəticəsidir. 

 

SEM nədir, üstünlükləri nələrdir?

 

SEM nədir? SEM qısa zamanda tez nəticələr əldə edə biləcəyiniz, saytınıza çox və faydalı trafik gətirən xidmət növüdür. Bu əməliyyat Google, Yandex, Bing və s kimi axtarış sistemləri üzərindən həyata keçirilir. SEM ilə siz rəqiblərinizi üstələyərək axtarış sistemlərində üst sıralarda görünə bilirsiniz. Beləliklə həm marka tanınırlığınızı artırmış, həm də potensial müştərilərə görünərək satış etmiş olursunuz. 

SEM bəzən SEO ilə çox qarışdırılır. SEO tamamilə ödənişsiz bir proses olduğu halda, SEM axtarış sistemlərinə nəticələrə uyğun olaraq ödəniş edərək aparılan bir prosesdir.  Bunun ətraflı izahını isə “SEO yoxsa SEM?” başlığı altında digər yazımızda toplamışıq. 

SEM xidmətindən niyə istifadə etməliyik?

 

SEM rəqəmsal marketinq strategiyalarından ən yaxşı nəticələri əldə edə biləcəyiniz bir prosesdir. Bu xidmət sizin istədiyiniz yer, hədəf kütləsi və bu kimi xüsusi özəlliklərə əsasən müştərilərinizin sizi axtararkən görünməyinizə kömək edir. Bundan əlavə isə SEM aşağıdakı əlamətlərinə görə daha üstün xüsusiyyətlərə malikdir. 

  • Nəticələri daha tez məlum olur.
  • Uyğun reklam nəticələrinə görə analizlər edib, yenidən istəyə uyğun optimizasiya etmək mümkündür.
  • Axtarışlar zamanı həm məkanınızı, nömrənizi və digər məlumatları göstərə bilir.
  • Sizi ən lazımlı və gəlirli sözdə axtarılmasını təmin edir.

 

SEM üçün maraqlı statistikalar

  • İnsanların 45% -i  SERP ödənişli reklamla orqanik axtarış nəticəsini ayırd edə bilmir. Buna görə də PPC reklamlarına adətən daha çox klik olunur.
    ( seobook.com )
  • 75% insanlar axtarış zamanı ilk görünən PPC reklamlarının onların axtarışlarına cavab verdiyini və axtardıqları məhsulu rahatlıqla tapdıqlarını etiraf edirlər.
    ( clutch.co )
  • PPC reklamları markanızın etibarlılığını artırmağa kömək edir. Bunun görə də etibarlı markalar daha çox klik alırlar. Anketlər göstərir ki, insanların ən azı 26% -i artıq tanış olduqları etibarlı markaların pullu reklamlarını klikləyilər.
    ( clutch.co )
  • Google reklamlarında xərclənən hər 1 dollara görə bizneslər 2 dollar gəlir əldə etməkdədir.
    (Google, 2018)

SEM büdcəsi necə hesablanır?

Büdcə hesablanması adətən reklam verən şirkətin marketinq stratekiyasına və büdcəsinə uyğun olaraq hesablanır. Amma bu reklam büdcəsi ilə necə bir nəticə əldə etməyiniz sizin üçün maraqlı olarsa, xidmətə başlanılan zaman Google reklam mütəxəssisi tərəfindən bu hesablanaraq sizə təqdim edilir. Bu nəticələr isə