Rəqəmsal marketinq dünyasında “nəticə” sözünün əsl mənasını verən bir anlayış var: Performance Marketing. Əgər sərf etdiyin hər məbləğdən real dönüş – klik, satış, müraciət və ya qeydiyyat – gözləyirsənsə, artıq sən də bu yanaşmanın bir hissəsisən.
Performance Marketing nədir?
Ən sadə şəkildə desək, performance marketing – ölçülə bilən nəticələrə əsaslanan rəqəmsal marketinq modelidir.
Yəni bu yanaşmada biznes yalnız real nəticəyə görə ödəniş edir. Hədəf nədirsə – klik, satış, e-mail qeydiyyatı və ya tətbiq yükləməsi – kampaniya o nəticəyə çatdığı qədər effektiv sayılır.
Ən çox istifadə olunan kanallar bunlardır:
-
Google Ads (Search & Display)
-
Facebook / Instagram reklamları
-
Affiliate marketing
-
Influencer marketing (performans əsaslı əməkdaşlıqlar)
-
Native ads və remarketing
Digər marketinq üsullarından fərqi nədir?
Performance marketing ilə klassik “brend tanıtımı” kampaniyaları arasındakı əsas fərq – ölçülə bilənlik və ROI (Return on Investment) hesablamasıdır.
Hər biznes üçün uyğundurmu?
Qısa cavab: Bəli, amma strategiya fərqli olmalıdır.
Performance marketing istənilən sahədə tətbiq oluna bilər – amma hədəflər, kontent növü və büdcə planlaması biznesin növünə uyğun formalaşmalıdır.
Məsələn:
-
Bir tədris mərkəzi üçün: klik və müraciət forması doldurmaq
-
Bir onlayn mağaza üçün: səbətə əlavə etmə və alış
-
Bir gözəllik salonu üçün: zəng və WhatsApp yazışıqları
Uğurlu performance kampaniyası üçün 5 vacib faktor:
-
Düzgün hədəf auditoriyası – kimə çatmaq istəyirsən?
-
Kreativ kontent və reklam vizualları – ilk baxışda diqqət çəkməlidir.
-
Test etmə (A/B testləri) – hansı reklam işləyir, hansı yox?
-
Pixel və analytics izləmələri – istifadəçinin hərəkətləri ölçülməlidir.
-
Optimallaşdırma – kampaniyanı real nəticələrə görə daim yenidən qurmaq.
Bugünkü rəqəmsal aləmdə artıq “reklam verdim, görək nə olacaq” dövrü bitib. Əvəzində “nə qədər xərclədim, nə qazandım?” sualı daha aktualdır. Bu suala cavab verən ən effektiv yanaşma məhz performance marketingdir.
Əgər sən də biznesini ölçülə bilən və nəticəyə fokuslanan bir yola yönəltmək istəyirsənsə, bu model sənin üçün ideal başlanğıcdır.
Müəllif: Əsli Hüseynova