Daxili linkləmənin üstünlükləri:
Axtarış motorlarının saytınızı daha yaxşı analiz etməsinə kömək edir.
Sayt daxili linklər axtarış motorlarının vebsaytınızı effektiv şəkildə izləməsinə və indeksləməsinə şərait yaradır. Beləliklə, bütün səhifələrinizin axtarış sistemində daha tez tanınması təmin olunur.
Alt kateqoriya səhifələrinizin sıralamasını yaxşılaşdırırsınız.
Saytınızda daxili linklərdən istifadə etməklə, əlaqəli səhifələrin dəyərini artıraraq onların axtarış nəticələrində daha yüksək sıralamalara çıxmasını təmin edə bilərsiniz.
Səhifələrin indekslənmə sürəti artır.
Saytda müvafiq link strukturu qurulduqda, səhifələriniz daha sürətli indekslənir və beləliklə, yeni məzmunların tez bir zamanda axtarış nəticələrində görünməsi təmin olunur.
İstifadəçi təcrübəsini artırır.
Daxili linklər vasitəsilə istifadəçilərin saytınızda daha uzun müddət qalmasını təmin edə və onların müxtəlif məzmunlara asanlıqla keçid etməsinə şərait yarada bilərsiniz. Bu da nəticədə istifadəçi sayının çoxalmasına gətirib çıxarır.
Anchor text-lərin istifadəsi ilə SEO effektivliyini artırmaq.
Daxili link yerləşdirilən mətnlərdə (anchor text) müvafiq açar sözlərdən istifadə edərək, axtarış motorlarına müəyyən səhifələrin məzmunu və əhəmiyyəti barədə ipucu verə bilərsiniz.
Sayt daxili linklərlə səhifələrinizin əhatə dairəsini genişləndirmək:
Məsələn, Googlebot saytınızda müvafiq daxili linklər sayəsində B və E səhifələrinə asanlıqla daxil ola bilər. Lakin C və D səhifələrinə hər hansı bir bağlantı olmadığı üçün, bu səhifələrin məzmunu nə qədər yaxşı olsa da, axtarış motorları bu səhifələrin varlığından xəbərsiz qala bilər. Bu problemi aradan qaldırmaq üçün bütün vacib səhifələrin bir-birinə uyğun şəkildə linkləndiyindən əmin olmaq lazımdır.
Etibarlı və keyfiyyətli veb saytlardan gələn backlinklər sayəsində:
Saytınızın (DA və PA) dəyəri artır. Sıralamalarınıza müsbət təsir göstərir. Axtarış motorları backlinkləri “üçüncü tərəfin səsi” (third-party votes) kimi qiymətləndirdiyi üçün backlinklər, dəyər qatmaq baxımından daxili linklərdən daha təsirli olur.
Orqanik Backlink Əldə Etmək:
- Guest Blogging( Məqalə Yazma) :
- Sektorla əlaqəli vebsaytlarda məqalə yazaraq backlink əldə edə bilərsiniz. Ahrefs vasitəsilə 50+ orqanik trafikə malik saytları müəyyən edib, əlaqə saxlamaq mümkündür.
- Rəqiblərin Backlinkləri:
- Rəqiblərin 404 səhifələrini Ahrefs vasitəsilə taparaq həmin saytlara alternativ məzmun təqdim edərək backlink əldə edə bilərsiniz.
- Link Exchange (Link Mübadiləsi):
- Qarşılıqlı link mübadiləsi edərkən DR, DA və TF dəyərlərinə diqqət yetirilməli, uyğun sektorlardan seçilməlidir. Ahrefs analizi göstərir ki, populyar saytların 43.7%-i qarşılıqlı linklərə sahibdir.
- Google Alerts:
- Brendinizdən bəhs edilən, lakin link verilməyən səhifələri taparaq sayt sahibləri ilə əlaqə quraraq backlink tələb edə bilərsiniz.
Creator by Aysel Hasanova