İndi sizinlə On Page SEO işlərini görərkən diqqət etməli olduğumuz nüanslarla bağlı danışacağıq. Gəlin Checklist-i birlikdə nəzərdən keçirək. Texniki SEO checklist məqaləmizdən faydalana bilərsiniz.
1. URL-də açar sözlərin mövcudluğunu yoxlayın
URL Google-un sizin səhifənizi anlaması üçün çox əhəmiyyətlidir. Əlavə olaraq, URL-də açar sözlərin istifadə edilməsi, oqranik kliklərin də sayını artırır. Bu səbəblərə görə URL strukturunu qurarkən buna diqqət etmək önəmlidir.
Misal üçün sizin hədəflədiyiniz səhifə “On Page SEO Checklist”-dir, bu zaman aşağıdakı kimi qeyd ediləcəkdir.
elseo.az/on-page-seo-checklist
2.URL-lərin qısa olmasını yoxlayın
Səhifələri işləyərkən URL-lərin qısa olmasına diqqət etmək lazımdır. Sual ola bilər ki, bunun nə kimi əhəmiyyəti vardır? 11.8 milion URL analizindən sonra Google tapdı ki, qısa URL strukturu saytın axtarışda öndə çıxması üçün önəmlidir.
Nümunə:
elseo.az/on-page-seo-checklist
elseo.az/on-page-seo-checklist-ranking-factors-2022
Birinci ikinci linkdən daha yaxşıdır. Lakin nə qədər qısa edə bilsək, bir o qədər yaxşıdır.
3.Başlıq hissədə açar sözlərin işlənməsi
Səhifələrin On Page SEO-nu edərkən, başlıq hissədə, açar sözlərin işlənməsinə diqqət etmək lazımdır. Xüsusi ilə də birinci sözü başlıqda açar söz olmasında diqqət etmək çox önəmlidir.
Nümunə:
- SEO xidməti – On Page, Off Page və Texniki SEO
2.On Page, Off Page və Texniki SEO- SEO xidməti
Bu nümunə də hədəflədiyiniz açar söz “SEO xidməti” olarsa o zaman birinci qeyd olunan daha uğurlu hesab edilir.
4.Mətndə olan ilk 150 söz içində açar sözlərin işləndiyini yoxlayın
Xüsusi diqqət etməli olduğumuz məsələlərdən biridə budur. Hazırladığımız mətndə ilk 150 söz içində hədəflənən açar söz mütləq olmalıdır, bunu yoxlayın. Hətta daha uğurlusu, cümlənizin bu açar söz ilə başlaması olardır.
Nümunə:
SEO xidməti – On Page, Off Page və Texniki SEO
Başlığımız olarsa əgər, açar sözümüzdə SEO xidməti olarsa, mətn belə başlaması daha uğurlu hesab edilir:
SEO xidməti son dövrlərdə daha çox tələb olunur. Saytların sayının artması və onların optimizasiyanın vacibliyi bu xidmət növünün inkişafına xüsusi təkan vermişdir.
5. Açar sözlərin H1-H3 taqları ilə istifadəsini yoxlayın
Mətnlərdə H1-H6 taqlarının düzgün formada və ardıcıl şəkildə istifadə olunması önəmlidir. Lakin burada bir məsələni də qeyd etmək lazımdır ki, bu taqlarda əsas hədəflədiyiniz açar sözləri qeyd etməyiniz önəmlidir.
Misal üçün:
“SEO xidməti” açar sözü bizim hədəflədiyimiz açar söz olarsa
<h1> SEO xidməti </h1>
<h2> SEO xidmətinə nələr daxildir ? </h2>
<h3> SEO xidmətinin qiyməti necə müəyyən edilir? </h3>
Bu məsələ sizin trafikinizə ciddi təsir etməsə də, ən xırda detalları nəzərə alaraq optimizasiya etdikdə nəticə daha yüksək olur. Biz bunu həm istifadəçilər üçün həm də Google botlarının səhifəni yaxşı oxuması üçün edirik.
6.Şəkillərin optimizasiyasını yoxlayın
Əgər saytınız WordPress üzərində qurulubsa media bölməsinə daxil olaraq bunu asanlıqla yoxlaya bilərsiniz. Bundan əlavə sayta daxil olub, istənilən səhifəsinə keçid edərək burada mausun sağ düyməsini klik edərək, kod hissəsinə keçid edib, buradan şəkillərin optimizasiya edilib, edilmədiyini yoxlaya bilərsiniz.
Şəkil optimizasiya zamanı diqqət etməli olduğumuz nüanslar:
1- Şəkilin üzərində olan adını yoxlayın- Bu şəklin görünüşdə aşağısında qeyd edilən hissəni nəzərdə tutulur , siz onu köçürərkən və ya hazırlayarkən uyğun ad ilə yaddaşda saxlamalısınız: şəkildə ayaqqabı təsvir edilibsə, siz onun adını “ayaqqabı” kimi qoymalısınız, nəyin ki “img121” kimi.
2- Şəkilin alt atributunu yoxlayın- Buda çox əhəmiyyətlidir ki, birinci qeyd etdiyimiz adı siz gərək “alt atribute” hissəsində də qeyd edəsiniz və ya ona yaxın başqa bir sözlə.
3- Təsvir hissəsi- Bu əsasən WordPress üzərində işlədikdə qarşılaşdığımız bir hissədir, orada siz məhsul haqqında müəyyən məlumat qeyd edə bilərsiniz.
Şəkillərin optimizasiya edilməsi Google şəkil axtarışı bölməsində sizin də saytın çıxmasına səbəb olur. Hətta bəzən axtarışlarda müşahidə etmişik ki, saytın şəkli çıxıb, ancaq əsas hissədə saytla bağlı məlumat yoxdu. Buda şəkillərin optimizasiya edilməsinin əhəmiyyətini bir daha göstərmişdir.
7.Açar sözlərin istifadə həcmini yoxlayın
Biz bəzən saytda açar sözlərin həddən çox işləndiyini müşahidə edirik. Bu həm müştərilər üçün yorucu həm də Google tərəfindən bəyənilməyən bir məsələ kimi qeyd edilmişdir. Bunun qarşısını almaq üçün sinonim və ya yaxın mənalı sözlərin işlənməsi məsləhət görülür.
Misal üçün:
Açar sözümüz – SEO xidmətləri olarsa
- SEO işləri
- SEO xidmətinin qiymətləri
- SEO şirkətinin xidmətləri
8. Xarici saytlara keçidləri yoxlayın
Yazılarınızda və ya saytın səhifələrində başqa saytlara keçid verilməsi önəmlidir.Google botlar sizin səhifənizi yoxlayanda başqa səhifələrə keçid etməsi kimi xüsusiyyət sizin səhifənizə də müsbət təsir.
9.Daxili saytlara keçidləri yoxlayın
Səhifələrdə daxili linklərin olması çox önəmlidir. Bu zaman botlar sizin bir səhifənizi gəzərkən digərlərinə də keçid edir. Bundan əlavə sayta daxil olan istifadəçi də bir səhifədən digərinə keçid edir, bu həm faydalı olur həm də insanların saytınızda daha çox qalmasına səbəb olur.
Burada uyğun linkləri, səliqəli bir formada uyğun səhifələrə yerləşdirməyinizə diqqət etmək lazımdır.
Yuxarıdakı maddələri saytın səhifələri üzərində yoxlayın, bu On Page SEO fəaliyyətinizə müsbət təsir göstərir.