Digital Marketing modern iş dünyasında qarşımıza çıxan maraqlı və dinamik sahələrdən biridir. İnternetin yayılması və texnologiyaların inkişafı ilə yanaşı, bu sahənin əhəmiyyəti də günbəgün artır. Yeni texnologiyaların tətbiqi ilə Digital Marketing strategiyaları da daim yenilənir və uğurla tətbiq edilir.
Digital Marketing nədir?
Digital Marketing nədir? sualının cavabı həm çox sadə, həm də kifayət qədər genişdir. Çünki, Digital Marketing sahəsində bir-biri ilə bağlı olan çoxlu komponent var. Bunları sıralasaq, aşağıdakı ardıcıllığı qeyd edə bilərik:
- SEO (Search Engine Optimization);
- SMM (Social Media Marketing);
- Email Marketing;
- Content Marketing;
- PPC (Pay-Per-Click);
- Affiliate Marketing;
Digital Marketing – SEO (Search Engine Optimization):
Qeyd etdiyimiz komponentlərin hər birinin açıqlamasına gəlsək, deyə bilərik ki, SEO (Search Engine Optimization) axtarış motorları vasitəsilə daha çox istifadəçi çəkmək üçün saytın optimizasiya olunmasında istifadə edilir. El dilində desək, SEO saytınızın Google-da birinci çıxmasını təmin edir.
Digital Marketing – SMM (Social Media Marketing):
Digital Marketing – SMM (Social Media Marketing) dedikdə nə başa düşürük? SMM sosial media platformalarında brend ilə bağlı məlumatların artırılması və müştəri əlaqələrinin yaxşılaşdırılması üçün istifadə edilir.
Digital Marketing – Email Marketing:
Digital Marketing – Email Marketing müştərilərə və potensial hədəf kütlələrinə elektron poçt üzərindən satış və məlumatlandırma əsaslı məzmun göndərmək imkanı yaradır.
Digital Marketing – Content Marketing:
Digital Marketing – Content Marketing müştərilər üçün maraqlı və dəyərli məzmun yaratmağı hədəfləyir. Kontent Marketinqin əsas məqsədi müştərilərin marağını çəkmək və bununla da müxtəlif hədəflərə çatmağı asanlaşdırmaqdır.
Digital Marketing – PPC (Pay-Per-Click):
Digital Marketing – PPC (Pay-Per-Click) nədir? PPC ödənişli reklam vasitəsi olaraq, hədəf kütlənizdən daha çox klik əldə etməyə fokuslanıb. Nə qədər çox klik olarsa, nəticə bir o qədər yaxşı olacaq.
Digital Marketing – Affiliate Marketing:
Affiliate Marketing başqa şirkətlərin məhsulları və ya xidmətləri üzərindən qazanc əldə etmək imkanı yaradır.
Digital Marketingin Üstünlükləri
Digital Marketing, fərqli sahələr üçün çox sayda üstünlüklər təqdim edir ki, bunları da sizinlə paylaşmaq istəyirik:
- Daha Geniş Hədəf Kütləsi;
- Məlumatların Analizi;
- Ucuz Reklam imkanı;
- Hədəfli Reklam;
Bu sahələrin hər biri ayrı-ayrılıqda analiz edilərək işlənilməli və arzuolunan nəticəyə çatmaq üçün addımlar atılmalıdır. Bilməlisiniz ki, Digital Marketing sayəsində kifayət qədər böyük hədəf kütləsinə çatmaq olar.
Məlumatların analizi bizə nə verir? Digital Marketing kampaniyalarını ölçən çox sayda analitika alətləri mövcuddur. Bu alətlər sayəsində kampaniyanın effektivliyini və ROI (Return on Investment) dəyərini ölçmək mümkündür. Kiçik və orta ölçülü kampaniyalar üçün Digital Marketing ənənəvi marketinqə nəzərən daha ucuz və sərfəli ola bilər. Hədəfli reklam isə sizə daha geniş imkan tanıyaraq Digital marketing sahəsində müştəri davranışlarını təhlil etmək fürsəti verir və effektiv reklam kampaniyaları yaratmaq imkanı təqdim edir.
Dijital Marketinq ilə Satışınızı Necə Artıra Bilərsiniz?
Digital Marketing ilə satışlarınızı birbaşa artırmaq imkanına sahibsiniz. Bu sahə brend və şirkətlərin satışlarında fərq yaratmaq üçün geniş imkanlar təqdim edir. Belə ki, dəqiq hədəfləmə, analitika və interaktivlik sayəsində, Digital Marketing ənənəvi marketinq metodlarına nisbətən daha effektiv və sərfəlidir.
Dijital Marketinqdə SEO ilə baxış sayını artırmaq mümkündürmü?
Bir çox insan məhsul və ya xidmət axtararkən ilk olaraq Google kimi axtarış motorlarından istifadə edir. Yüksək sıralamada yer alan sayt, daha çox baxış sayına nail olur və daha çox satış imkanı qazanır. Nəticə olaraq anlayırıq ki, axtarış zamanı ilk sıralarda olmaq üstünlükdür.
Dijital Marketinqdə sosial media platformalarında aktivlik bizə nə qazandırır?
Sosial mediada aktiv olmaq, müştərilərlə əlaqə qurmağa və onların rəylərini əldə etməyə, təcrübələrini bölüşməyə imkan verir. Bu, müştərilərin brendinizə marağını artıra biləcək və satışa təşviq edə biləcək maraqlı məzmunların yaradılması ilə birbaşa əlaqəlidir. Müştəri rəylərini və istəklərini, həmçinin axtarış zamanı istifadə edilən sözləri nəzərə alaraq tələbatı təyin edə və satışda “partlayış” edə bilərsiniz.
Dijital Marketinqdə Email Marketing vasitəsilə müştərilərlə əlaqə qurmaq.
Email marketing vasitəsilə müştərilərə davamlı maillər göndərməklə onların brendinizə olan marağını və etimadını artıra bilərsiniz. Bu, yeni məhsul və xidmətləri təqdim etmək, xüsusi təkliflər və endirimlər göndərmək üçün əla yoldur. Yüksək nəticə almaq və daha çox satış etmək istəyiniz varsa, Digital Marketing-in hər komponentindən yararlanmağı tövsiyə edirik.
Dijital Marketinqdə PPC və Hədəfli Reklamlarla nə əldə edirik?
Hədəfli reklamlar dedikdə daha sadə dillə izah etsək, hansı müştəri nələri axtarıb və ya hansı yaş aralığı qarşısına bu reklamlar çıxa bilər deyə analiz aparılmalıdır. Pay-Per-Click reklamlar vasitəsilə dəqiq müştəri hədəfləmək mümkündür. Bu, ödənişlər üçün yalnız konkret auditoriya seçilə bilər və bu da reklam xərclərinin effektivliyini olduqca artırır.
Dijital Marketinqdə Dataları Ölçümək və Təhlil etmək
Dijital Marketinq sahəsindən gələn bütün dataları ölçmək və təhlil etmək mümkündür. Bu, hansı marketinq kanalının daha effektiv olduğunu anlamağa və buna görə əməliyyatlarınızı tənzimləməyə kömək edir. Strategiyalarınızı davamlı olaraq qiymətləndirmək və təkmilləşdirmək üçün Digital Marketing imkanlarından səmərəli şəkildə istifadə etmək lazımdır.
Son olaraq, “Digital marketing nedir?” sualının cavabını belə verə bilərik: Dijital Marketing modern iş dünyasında satışların artırılması üçün çox effektiv vasitədir. Rəqəmsal marketinq məhsul və xidmətləri tanıtmaq, müştəriləri cəlb etmək, auditoriya ilə qarşılıqlı əlaqə yaratmaq və brend şüurunu artırmaq üçün İnternet, mobil proqramlar, sosial şəbəkələr, e-poçt və digər onlayn kommunikasiyalar kimi rəqəmsal kanalların istifadəsidir. Nəticələri təhlil etmək və marketinq strategiyalarını optimallaşdırmaq üçün auditoriya davranışı, kampaniya performansı və digər ölçülər haqqında məlumat toplamaq, atılacaq əsas addımlardan biridir. Dijital Marketing müasir marketinq və biznesin təşviqi strategiyalarında əsas rol oynayan dinamik və daim inkişaf edən bir sahədir. Onun doğru analizi və tətbiqi siz istənilən sahədə yüksəlməyə və uğur qazanmağa kömək edərək rəqiblərinizdən daima bir addım öndə olmağa kömək edəcəkdir.