Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi, artıq bir-biri ilə “manipulyasiya” edən modellərin ortaya çıxdığı, insanabənzər robotların sınaqdan keçirildiyi bu dövrdə SEO-nun hələ də əsas dayağı məzmundurmu?

Google başda olmaqla, süni intellekt üzrə qabaqcıl şirkətlər bir tərəfdən yeni nəsil texnologiyalar təqdim etsələr də, digər tərəfdən də axtarış sistemlərini təkmilləşdirməkdən, SEO qaydalarını dəyişməkdən geri qalmırlar.

Əgər istifadəçilər hələ də Google kimi “əfsanəvi” axtarış motorlarından imtina etməyiblərsə, demək ki, orijinal və SEO uyğun kontent hazırlamaq öz əhəmiyyətini qoruyur. Amma bu, tək başına kifayət edirmi?

Çünki bir çox sahələrdə rəqabət inanılmaz dərəcədə sərtdir. Şirkətlər həm Google qaydalarına əməl etməli, həm də reklam kampaniyaları ilə istifadəçini cəlb etməyə çalışmalı olurlar. Bütün bu zəhmətin qarşılığını almaq isə getdikcə daha çətinləşir.

SEO in 2025: The Complete Guide

Klassik SEO qaydaları nələrdir?

  • SEO uyğun məzmun hazırlamaq

  • Texniki cəhətdən optimallaşdırılmış sayt qurmaq

  • Saytı sürətli və mobil uyğun hala gətirmək

  • İstifadəçi təcrübəsinə önəm vermək

  • Sosial mediadan istifadə edib backlinklər yaratmaq

Bunların hər biri önəmlidir, lakin artıq yetərli deyil. İndi daha geniş düşünməkçərçivədən çıxmaq vaxtıdır.

SEO Trends to Watch Out for in 2025

2025-ci ildə SEO uğuru yalnız kontentlə bağlı deyil. Məzmun vacibdir, amma oyunu qazananlar strateji düşünənlərdir.

Google-un qaydalarına uyğun olmaq lazımdır, amma eyni zamanda:

  • Lokal əhatəni genişləndirmək

  • Rəqəmsal identitetləri çoxaltmaq

  • Sosial mediada fərqli adlarla mövcud olmaq

  • Blog, video, backlink, xəritə, məkan – hamısını birlikdə işlətmək

SEO artıq sprint deyil – marafondur. Yalnız yola davam edənlər qalib gələcək.