SEO hesabatı , bir veb saytın axtarış motorlarında daha yaxşı mövqelərə çatması üçün nə qədər effektiv olduğunu göstərən, SEO üzrə proseslərinin nəticələrini tam əhatə edən fayldır. Bu fayl həm veb sayt sahiblərinə, həm də SEO mütəxəssislərinə ətraflı məlumatlar təqdim edir.
SEO Hesabatı Nədir?
SEO hesabatının tərkibində texniki analizlər, trafik məlumatları və optimizasiya tövsiyələri yer alır. Bu hesabatları hazırlamaq üçün SEO üzrə ətraflı məlumatlı olmalısınız. Çünki, SEO üzrə edilən hər proses və onun nəticələri SEO hesabatında təqdim olunur. Bununla veb saytın nə qədər uğurlu olduğu və hansı sahələrdə inkişaf etdirmək lazım olduğu asanlıqla müəyyən edilə bilər.
SEO Hesabatının Əsas Məzmunu
- Orqanik Trafik Analizi:
- Veb sayta gələn trafikləri analiz edir
- Trafikdəki dəyişikliklər və trendləri izləyir.
- Mobil və Kompüter trafiki arasında müqayisə aparır.
- Açar Söz Analizi:
- Axtarış motorlarında istifadə olunan açar sözlərin performansını dəyərləndirir.
- Açar söz mövqelərini və onların vasitəsilə gələn trafik müəyyən edir.
- Açar sözlərin axtarış həcmi araşdırılır.
- Saytın Texniki Performansı:
- Saytın açılış sürəti və istifadəçi təcrübəsi təhlil edilir.
- Sayt xəritəsi və URL strukturu nəzərdən keçirilir.
- Saytda olan texniki səhvlər qeyd edilir.
- Backlink Analizi:
- Veb sayta gələn xarici bağlantılar araşdırılır.
- Backlinklərin keyfiyyəti və təsiri qiymətləndirilir.
- Sayta verilən backlinklər əlavə olunur.
SEO Hesabatının Təsiri
SEO hesabatları , veb saytın inkişaf etdirilməsi üçün vacib göstəriciləri təqdim edir. Bu hesabat vasitəsilə aşağıdakı məqsədlərə nail olmaq mümkündür:
- Orqanik Trafikin Artırılması: Trafik mənbələrini təhlil etməklə saytın daha geniş auditoriyaya çatması təmin edilir.
- Texniki Səhvlərin Aradan Qaldırılması: Texniki problemlərin həlli veb saytın istifadəçi təcrübəsini yaxşılaşdırır.
- Strategiyanın Yenilənməsi: Açar söz və backlink analizləri vasitəsilə yeni SEO strategiyaları hazırlamaq mümkün olur.
SEO Hesabatının Hazırlanması
- Sadə və Aydın Olmalıdır:
- SEO hesabatı mürəkkəb terminlərdən ibarət olsa da, sadə və başa düşülən şəkildə olmalıdır. SEO hesabatı göndərdiyiniz şəxs və ya şəxslər bu hesabatın hər bir səyfəsini aydın şəkildə başa düşməlidirlər.
- Düzgün Təhlil Edilməlidir:
- SEO mütəxəssisləri hesabatı analiz edib, lazımi dəyişiklikləri tətbiq etməlidir. Səhv hazırlanan SEO hesabatı sizin üçün mənfi olacaq. Qarşı tərəfə səhv SEO hesabatı göndərdikdə sizin haqqınızda mənfi rəylər yaranacaq. Diqqətli şəkildə hazırlanmalıdır.
- Fəaliyyət Planı Hazırlanmalıdır:
- Hesabatda görüləcək işlər dəqiq bir şəkildə müəyyən edilməlidir. Həmçinin hansı işlərin nə səbəblə görüldüyü aydın izah edilməlidir.
SEO hesabatı veb saytın inkişafı üçün çöx önəmlidir. Bu hesabat, saytın mövcud vəziyyətini təhlil etməklə yanaşı, gələcəkdə hansı addımların atılmalı olduğunu da göstərir. SEO sahəsində uğur qazanmaq üçün peşəkar SEO mütəxəssisləri ilə işləmək və müntəzəm olaraq SEO hesabatıarını təhlil etmək vacibdir.