Texniki SEO-nun vacib bir hissəsi olan “Schema strukturları ” saytınızın axtarış motorlarında daha yüksək sıralamalara çatmasına köməklik edir. Schema və ya schema markup olaraq qarşımıza çıxan bu anlayış, Google, Yandex, Bing və Yahoo kimi axtarış motorlarının 2011-ci ildə birgə yaratdığı ortaq bir məlumat bazasını və ya kitabxananı ifadə edir. Bu ortaq məlumat bazasına aid məlumatlar, daha doğrusu etiketlər (tag), schema.org ünvanında saxlanılır.
Schema sayəsində axtarış motorları saytımızı, məzmunumuzu və biznesimizi daha yaxşı tanıyır, bu da sıralamada ön sıraya gəlməmizə köməklik edir. Buna bənzər olaraq, saytınıza əlavə etdiyiniz sayt xəritələrini düşünə bilərsiniz.
Schema Strukturları Nə İşə Yarar?
Schema strukturları Düzgün tətbiq edildikdə:
📈Sıralamalarınızda artım ola bilər.
🔍 SERP (Axtarış Motoru Nəticə Səhifəsi) nəticələrində görünürlüğünüz yüksəlir.
💡 Axtarış motorları saytınızı və biznesinizi daha yaxşı başa düşər.
🕸️ Saytınızın Crawl büdcəsi optimallaşar.
Beləliklə, siz axtarış motorlarına hazır məlumat təqdim edərək prosesi asanlaşdırırsınız Bu yolla saytınızı SEO baxımından daha yüksək bir səviyyəyə daşıya bilərsiniz.
Məsələn, saytınızda olan bir videonu schema strukturları vasitəsilə axtarış motorlarına dəqiq şəkildə göstərə bilərsiniz.
Schema Markup Növləri Hansılardır?
Schema markup-ların çoxsaylı növləri mövcuddur. Saytınızdakı hər hansı bir elementi və ya sayt strukturunu tanımlamaq üçün fərqli schema strukturlarını seçmək vacibdir. Bunlar saytınızın içində və ya xaricində olan biznesinizlə əlaqəli ola bilər. Məsələn:
- Google My Business üçün Yerli Bizneslər schema strukturunu istifadə edə bilərsiniz.
- Bütün schema strukturlarını araşdırmaq və tətbiq etmək üçün “Schema.org” saytını istifadə edə bilərsiniz.
Schema Strukturları Necə Yaradılır və Əlavə Edilir?
Schema strukturları saytınıza əlavə edilərək inteqrasiya edilir. Ən çox istifadə olunan format JSON-LD-dir. Bununla yanaşı, Microdata və RDFa formatları da mövcuddur.
JSON formatında schema əlavə edərkən, aşağıdakı kodu mənbə koduna yerləşdirməlisiniz:
WordPress üçün schema necə istifadə edə bilərik?
WordPress istifadəçiləri üçün schema strukturlarını əlavə etmək çox asandır. Texniki biliklərə ehtiyac olmadan pluginlər vasitəsilə schema əlavə edə bilərsiniz. Məsələn:
- Schema Pro
- WP Schema
Bu plaginlər schema strukturlarını avtomatik olaraq saytlara əlavə edirlər.
Bundan əlavə, Saytınıza əlavə etdiyiniz schema strukturlarının düzgün işlədiyini yoxlamaq üçün Google-un Strukturlaşdırılmış Məlumat Test Alətindən istifadə edə bilərsiniz. Bu alət, səhifənizin URL-ni və ya kod parçasını yoxlayaraq schema strukturlarınızın düzgünlüyünü təsdiqləməyə kömək edəcək.
Ən Çox İstifadə Edilən Schema Strukturları hansılardır?
- Məqalə Schema: Məqalələrinizi axtarış motorlarına tanıtmaq üçün istifadə edilir.
- Rəy Snippetləri Schema: İstifadəçi rəylərini göstərmək üçün istifadə edilir.
- Breadcrumbs Schema: Saytınızın naviqasiya strukturunu göstərmək üçün istifadə edilir.
- Yerli Biznes Schema: Biznesinizin yerini və məlumatlarını tanıtmaq üçün istifadə edilir.
- Məhsul Schema: Satdığınız məhsulları tanıtmaq üçün istifadə edilir.
- Video Schema: Saytınızdakı videoları tanıtmaq üçün istifadə edilir.
Hansı Schema Strukturunu İstifadə Etməlisiniz?
Saytınızın məqsədinə uyğun olaraq aşağıdakı schema strukturlarından birini və ya bir neçəsini seçə bilərsiniz:
- E-ticarət saytları üçün Məhsul və Rəy Snippetləri schema-ları faydalıdır.
- Məqalə və məzmun saytları üçün Məqalə schema-strukturundan istifadə edilə bilər.
Schema İstifa edərkən Hansı səhvlərə yol veririk?
- Yanlış və ya uyğunsuz schema strukturu istifadə etmək.
- Schema strukturlarını səhv formatda əlavə etmək.
- Saytın bütün səhifələrinə eyni schema strukturunu tətbiq etmək.
- Schema strukturlarını əlavə etdikdən sonra onları yoxlamamaq.
Düzgün və məqsədəuyğun şəkildə schema strukturlarını istifadə edərək, saytınızın axtarış motorları tərəfindən daha yaxşı başa düşülməsini və nəticədə daha yüksək sıralamalara çatmasını təmin edə bilərsiniz.