SEO- sahəsinin aktual məsələlərindən biridə səhifələrin Google Rank-də düşməsi ilə əlaqədardır. Tez-tez sual verilir, nə üçün səhifənin trafiki düşüb, bu gün bu suallara 20 müxtəlif cavab təqdim edəcəyik. Saytınızın trafiki düşəndən bunlar haqqında düşünməyinizi faydalı ola bilər.
1-Zamanla açar sözlərin axtarış həcmi azalır- Əgər saytınız uzun illərdir ki işləyirsə açar sözləriniz bu gün üçün uyğun olmaya bilər. Öz axtarış sözləriniz haqqında düşünün və bunu Search Console datanızda görünən açar sözlərlə müqayisə edin.
2-İtirilmiş Linklər- Axtarış sıralamanızın və trafikinizin düşməsinə səbəb ola biləcək başqa bir səbəb, bağlantıları itirməyinizdir.
3-Yalnış 301 yönləndirmə – Əgər yeni vebsayt açırsınızsa, yeni serverə köçürsünüzsə və ya saytınızda hər hansı struktur dəyişikliyi edirsinizsə, düzgün 301 yönləndirmə planınız olmadıqda, trafikinizdə bir azalma görəcəksiniz.
4-Saytda edilən texniki dəyişikliklər – Veb saytınızın reytinqində kəskin və əhəmiyyətli bir azalma görürsünüzsə, bu, Google-un saytınızı cəzalandırdığını göstərə bilər. Bəzi edilən texniki dəyişikliklər sizin trafikinizin düşməsinə səbəb ola bilər.
5-Alqoritm Dəyişiklikləri – Google həmişə alqoritm dəyişiklikləri edərək strategiyaları və nəticələri təkmilləşdirməyin yollarını axtarır. Bir çox saytlar bu dəyişikliklərdən zərər çəkir və bu sayt trafikinin aşağı düşməsi ilə nəticələnir.
6-Axtarışda təbii dəyişikliklər – Axtarış motoru reytinqinizdə veb saytınızla birbaşa əlaqəli heç bir şeyin nəticəsi olmayan bir düşüş görə biləcəyiniz vaxtlar var. Google istifadəçi davranışına əsasən nəticələrdə tez-tez dəyişikliklər edir.
7-Google-da UX Dəyişiklikləri – Google bəzən axtarış səhifələrinin UX-də trafiki aşağı salacaq dəyişikliklər edir.
8-Məkan ilə bağlı uyğunsuzluqlar – Reytinqiniz axtarışın aparıldığı yerdən asılı olaraq fərqli olacaq. Reytinqlərinizi bir coğrafi ərazidə və ya daha dəqiq başa düşmək üçün onları bir neçə başqa coğrafi ərazi ilə yoxlamaq nəticələrdə fərqlilik olduğunu göstərir.
9-Rəqiblərin Təkmilləşdirilməsi – Mümkündür ki, siz hər şeyi düzgün edirsiniz, amma yenə də trafiki itirirsiniz və reytinqinizdə bir eniş görürsünüz. Bunun bir səbəbi də rəqiblərinizin daha yaxşı iş görməsi ola bilər.
10-Səhifənin açılma sürəti – Səhifələrinizdəki məzmunun nə qədər sürətli yüklənməsi təkcə reytinqlərinizə deyil, həm də vebsayt ziyarətçilərinin istifadəçi təcrübəsinə təsir edəcək. Səhifələrin yüklənməsi daha uzun müddət çəkəndə istifadəçilərin saytdan çıxma nisbətləri daha yüksək olur, çünki insanlar məzmununuzu görmək üçün gözləmək istəmirlər.
11-Server Problemləri – Saytınız server problemləri ilə qarşılaşarsa, bu, pozulmuş keşləmə funksiyasının və ya Googlebot-a təqdim edilən boş işarələmənin nəticəsi ola bilər. İstənilən server problemini tez həll etməyiniz vacibdir.
12-Daxili naviqasiya – Veb saytınızın naviqasiyası ziyarətçilərinizə saytınızda nə və harada məlumat tapacaqlarını bildirir. Daxili naviqasiyanız üçün iki və ya ən çox üç səviyyədən ibarət düz bir quruluşa yaradın. Ziyarətçiləriniz axtardıqlarını tapmaq üçün çox dəfə klik etsələr, onların tərk etmə ehtimalı daha yüksəkdir
13-Aşağı keyfiyyətli Linklər – Google uyğun olmayan və ya spam olan linklərə görə sizin reytinqinizi aşağı sala bilər. Ona görə də Backlinklərinizi yoxlamağı unutmayın.
14-Veb saytın dizyanın dəyişdirilməsi – Saytda etdiyiniz UX və ya URL dəyişiklikləri əhəmiyyətli dərəcədə sizin trafikinizi aşağı sala bilər. Bu müəyyən müddətlik olacaq, Google yeni interfeys ilə tanış olub, URL-ləri index etdikdən sonra saytınız daha yaxşı nəticə verəcək.
15-Serverin həddən artıq yüklənməsi – Əgər serveriniz zəifdirsə və ya trafikdə qəfil artımlara hazır deyilsə, o, həddindən artıq yüklənə və ciddi problemlər yarada bilər. Bu da sizin saytın trafikini aşağı salacaq.
16-Dublikat Məzmun – Google dublikat məzmunu olduğunu hesab etdiyi saytların trafikini aşağı salır və onun inkiafına maneə olur.
17-Saytda istifadəçilərin keçirdiyi vaxt – İstifadəçi əlaqəsi axtarış reytinqinizə təsir edə bilər. Bounce rate və veb səhifələrinizdə sərf olunan orta vaxt Google Analytics daxilində asanlıqla ölçə biləcəyiniz iki ölçüdür. Bu vaxtın az olması da sizin trafikinizi aşağı salır.
18-Trafikin mənbəyi – Veb saytınızın trafikinə təkcə saytınıza daxil olanların sayı deyil, həm də kliklənən səhifələrin sayı və hər səhifəyə sərf olunan vaxt daxildir. Bu göstəricilər aşağıdırsa, saytınızın trafiki azalacaqdır.
19-Köhnə “Clickbait” texnikalarından edilməsi – İstifadəçilərin saytınıza cəlb etmək üçün bəzi yollar – siyahılar kimi – hələ də istifadə oluna bilər, lakin istifadəçilər bu cür texnikadan bezə və linklərinizə klikləməkdən keçirlər. Bu da sizin trafikinizi aşağı sala bilər, çünki saytda qalma sürətinə birbaşa təsir edən amildir.
20-Meta məlumatlar – SEO-ya çox təsirli olan meta məlumalara: başlıq,təsvir və açar sözlər aid edilir. Saytda bunlar düzgün və əlaqəli şəkildə istifadə edilmədikdə buda sizin saytınızın trafik həcmini azaldacaq amil ola bilər.
Ümid edirəm yazı faydalı olmuşdur, əgər bəyəndinsə rəy bölməsində fikirlərinizi bölüşə və yazı haqqında social media hesablarında paylaşım edə bilərsiniz.