“Bir internet saytınız varsa və o sayta trafik cəlb etmək üçün bəzi üsullar vardır. Trafikinizin artması reklam gəlirlərinizin, satışlarınızın və formalarınızın artmasına səbəb olur. Bu SEO blogda sizin üçün veb sayta pulsuz şəkildə trafik cəlb etməyin yolları haqqında məlumat əldə edə bilərsiniz.

Pulsuz Veb Sayta Trafik Cəlb Etmə Üsulları

  1. SEO edərək Trafik Cəlb Edin

Hər nə qədər SEO prosesində saytdan kənar optimizasiya mərhələsində bağlantılara pul ödmək lazım gəlsə də, mütəxəssis olduğunuz mövzu ilə bağlı keyfiyyətli məzmun yazar və saytdaxili SEO işləri aparmaqla trafik cəlb edə bilərsiniz.

  1. Məzmunlarınızı Pinterest-də Paylaşın

Adətən trendləri izləmək üçün istifadə olunan Pinterest, əslində çox insanın önəmsəmədiyi bir sosial şəbəkədir. Veb saytınızın mövzusuna uyğun olaraq Pinterest paylaşımları ilə trafik cəlb edə bilərsiniz. Yaxşı məzmunlar yayımlamağa və doğru zamanda paylaşmağa diqqət yetirin.

  1. E-poçt Marketinqi Edin

Dünyanın ən çox istifadə olunan e-poçt göndərmə servisi Mailchimp vasitəsilə 2.000 nəfərə pulsuz e-poçt göndərə bilərsiniz. Saytınıza e-poçt abunə forması yerləşdirərək ünvanlar toplaya, diqqətçəkən bir başlıq hazırlaya və istifadəçilərə sayta daxil olmaları üçün yaxşı bir səbəb versəniz, onlar mütləq saytınızı ziyarət edəcəkdir.

  1. Məzmunlarınızı Facebook Qruplarında Paylaşın

Facebook qruplarında məzmununuzu paylaşmaq pulsuz trafik cəlb etmə yollarından biridir. Mövzunuzla bağlı Facebook qruplarına qoşularaq məzmununuzu oralarda paylaşa bilərsiniz. Eyni anda 10 qrupda paylaşmamağa diqqət edin, əks halda Facebook alqoritminə yaxalanaraq cəza ala bilərsiniz.

  1. Qonaq Yazarlıq Edin

Sektörünüzlə bağlı bloqlarda və ya veb saytlarda qonaq yazarlıq edərək məzmununuzu yayımlaya bilərsiniz. Həmçinin bəzi bloq sahibləri ilə məzmun qarşılığında link almağınız mümkün ola bilər.

  1. İcma Yaradın

Bu gün icma yaratmağın bir çox yolu var. Facebook, Telegram, Instagram, Whatsapp, Pinterest kimi sosial media platformalarında öz icmalarınızı yaradaraq trafik cəlb edə bilərsiniz.

  1. Forumlardan Aktiv İstifadə Edin

Məzmununuzu birbaşa mövzu açaraq paylaşmayın. Məzmununuz hər hansı bir problemi həll edirsə, sual verən istifadəçilərə cavab verin və məzmununuzun linkini də əlavə edin.

  1. Instagram Hekayələrindən İstifadə Edin

Instagram 10 min izləyicidən çox olan səhifələrdə yuxarı sürüşdürmə (link paylaşma) funksiyasını aktivləşdirir. Beləliklə, bloq yazılarına Instagram hekayələrində link verərək trafik əldə edə bilərsiniz. 10 min izləyici toplamaq bəzən aylarla vaxt aparsa da, izləyici satın almağı əsla etməyin.

  1. Youtube Kanalı Açın

Video məzmun bloq yazılarından daha maraqlıdır. Həmçinin, bir “necəsə edilir” məqaləsini və ya siyahı məzmununu video formatına çevirmək olduqca asandır. Videoların açıqlama hissəsinə əlaqəli məzmun linklərini əlavə edə bilərsiniz.”

Youtube Kanalınızı Böyütmək üçün 5 Mükəmməl Alət