Günümüzdə SEO-nun önəminin getdikcə artdığını yəqin ki, bir çoxumuz müşahidə etmişik. Bəs SEO-nun niyə bu qədər vacib olduğunu heç fikirləşmisinizmi? Gəlin, bunu sadə bir şəkildə danışaq.

” Təsəvvür edin ki, şəhərin kənarında, az adamın bildiyi bir yerdə çox gözəl bir biznes qurmusunuz. Bu biznes hər hansı bir mağaza, restoran, kafe və ya geyim dükanı ola bilər. Amma insanların əksəriyyəti sizin mağazanızın harada olduğunu bilmirlər. Bəs onlar, məkanınıza necə gələcəklər?

Baxın, SEO elə bir şeydir ki, sizin mağazanı şəhərin ən işlək, hər kəsin gəzdiyi küçəyə gətirir. Yəni, insanlar axtarış edəndə biznesinizi asanlıqla tapa bilirlər.

 

    Çətin iş rejimi, zamanın çox hissəsinin tıxaclarda keçirilməsi günü-gündən onlayn alış-verişə marağı artırır. İnsanlar boş vaxtlarını daha səmərəli şəkildə dəyərləndirməyə üstünlük verirlər. Məhz buna görə də internetdən istifadə daha geniş yayılır. Bu da saytlara marağı gün keçdikcə daha da artırır. Hər hansı bir yeməyi, geyimi, məhsulu ilk olaraq Google-da axtaran insanlar ilk 10-luqda çıxan səhifələrdən üst sıralarda olan saytlardan yalnızca bir neçəsinə giriş edirlər. Çünki biz adətən internetdə nəyisə axtaranda ilk çıxan saytlara daha çox güvənirik, düzdürmü? SEO bizə həmin etibarı qazandırır. Yəni insanlar deyəcək ki, bu sayt axtarışda birinci çıxırsa, deməli, yaxşı və güvəniləndir. Bu da sizin biznesinizə inamı və etibarı qazandırır.

    SEO-nun ən gözəl tərəfi isə budur ki, o bir dəfə düzgün qurulduqda, illərlə daimi  müştərilər gətirir, əlavə reklam xərcinə ehtiyac qalmadığından büdcəyə qanaət baxımından da ideal vasitə olur.  Əgər SEO haqqında kifayət qədər biliyə sahib deyilsinizsə, yaxşı olardı ki, agentliklər ilə çalışasınız. Çünki SEO bir tək açar söz tapmaq və onlara uyğun məqalələr yazmaqdan ibarət deyil. Saytın texniki tərəflərinə nəzər salınmalı, sürəti və digər problemləri aşkar olunaraq ortadan qaldırılmalıdır. Bu işi isə peşəkarlara həvalə etmək daha doğru olardı. 

Defining SEO Best Practices

SEO xidmətinin üstünlükləri Nələrdir?

SEO-nun əsas gücü üzvi axtarış nəticələrindən daha çox müştəri və ziyarətçi qazanmağınızdadır. Yəni, SEO sayəsində insanlar sizi axtarış motorları vasitəsilə asanlıqla tapa bilirlər. Nəticədə saytınıza daxil olan insanların sayı artır, bu da sizin üçün daha çox potensial müştəri deməkdir. SEO-nun üstünlüklərini qısaca bu şəkildə sıralaya bilərik:

  1. Hər kəsin sizin biznesinizi görməsinə imkan yaradır. 
  2. Biznesinizin etibarını artırır. 
  3. Düzgün qurulduğu təqdirdə illərlə bazada üstünlüyünüzü qoruyub-saxlamağınıza kömək edir. 

Əslində, SEO ilə onlayn mağazanızı şəhərin ən mərkəzi küçəsinə köçürürsünüz və hər kəsin diqqətində olursunuz. Saytınız güvən qazandığı üçün rəqiblərinizdən daha irəlidə olursunuz.  qarşısına keçməyinizə kömək edir və işinizin davamlı inkişafını təmin edir. SEO-nun əsas üstünlüklərindən biri də  işləri bir dəfə düzgün qulduqda, daim reklamlara pul xərcləməkdən xilas olursunuz. Yəni, SEO ilə saytınız bir növ pulsuz reklam vasitəsinə çevrilir. Ümumiyyətlə, SEO, biznesinizi böyütmək və uzunmüddətli uğur üçün əvəzolunmaz bir vasitədir.

 

Açar sözlər niyə vacibdir?

Açar sözlər SEO-nun əsas sütunudur. Bəs niyə bu qədər vacibdir? Çünki insanlar Google kimi axtarış motorlarında nəyi axtardıqlarını məhz bu sözlərlə bildirirlər. Yəni, kimsə bir məlumat axtaranda, sizin saytınızda istifadə etdiyiniz açar sözlər həmin axtarışla uyğun gəlməlidir ki, sizi tapa bilsinlər. Düzgün açar sözləri seçmək, daha çox insanın saytınıza daxil olmasına kömək edir.

Sievers Creative | SEO. Why all the fuss? Why do you need it?

Açar sözləri seçərkən (3) üç şeyi nəzərə almaq lazımdır: Tezlik, Rəqabət, və Uyğunluq. Tezlik, insanların müəyyən bir açar sözü nə qədər çox axtardıqlarını göstərir. Rəqabət isə həmin sözə neçə saytın yönəldiyini bildirir. Uyğunluq isə sizin saytınızın məzmununun bu sözlə nə qədər əlaqəli olduğunu göstərir. Bu üç amili nəzərə alaraq, doğru açar sözləri seçmək daha asan olar.

Bəzən elə olur ki, biz açar sözləri çox dar çərçivədə düşünürük – yalnız məhsul və ya xidmətimizi birbaşa təsvir edən sözlərə fokuslanırıq. Halbuki, məqsəd daha geniş və faydalı açar sözlər tapmaqdır ki, ziyarətçilər sizin məzmunu daha rahat tapa bilsin. Saytınız nə qədər çox insana fayda verərsə, bir o qədər də yaxşı nəticələr əldə edəcəksiniz. Düzgün açar sözlər sizin Google-da necə çıxacağınızı, nə qədər insanın sizi tapacağını müəyyən edir və rəqiblərinizlə fərqlənməyinizə kömək edir.

 

SEO xidməti haqqında yanlış təsəvvürlər

SEO xidmətinə dair bir çox yanlış fikirlər var və gəlin, bu mövzuya daha səmimi şəkildə yanaşaq.

  • Birinci yanlışlıq səbirsizlikdir. Bəzən insanlar düşünür ki, SEO ilə nəticələri bir gecədə görəcəklər. Amma əslində, SEO bir prosesdir və zaman tələb edir. İstər dünyanın ən təcrübəli mütəxəssisi ilə işləyin, istərsəniz də özün cəhd edin, işlərinizin yolunda getməsi üçün vaxt lazımdır. Əgər hər şey birdən həll olunsa, bu, spam kimi qəbul edilə bilər. SEO işlərində hər şey təbii olmalı və mərhələli şəkildə aparılmalıdır. Yəni, 6-12 ay səbr etsəniz, işlərinizin necə tədricən yaxşılaşdığını görəcəksəksiniz. 

 

  • SEO haqqında bilinən yalnışlıqlardan biri də onun bir dəfəlik iş olduğunu düşünməkdir. Bəzən elə gəlir ki, bir dəfə SEO işi görüldükdən sonra hər şey qaydasına düşəcək və daha heç nə etmək lazım olmayacaq. Amma işin əsli bu şəkildə olmur. Xüsusən də rəqabət güclüdürsə, saytı daim təkmilləşdirmək, yeni məzmun əlavə etmək, yeniləmək lazımdır. Bloqlar, məqalələr və müxtəlif yeniliklərlə saytı daim canlı saxlanmaq lazımdır. 

 

  • Üçüncü yanılma qara SEO ilə tez nəticə almaqdır. Bəzən iş adamları düşünür ki, bir az fırıldaqla sürətlə uğur qazanmaq daha yaxşı olar. Amma Google və digər axtarış motorları belə şeyləri tez anlayır. Hətta qısa müddətdə irəliləyiş görsəniz belə, bir müddət sonra saytınız spam kimi qəbul edilə bilər. Unutmayın, qısa yollar ilk baxışda cazibədar görünsə də, nəticədə daha çox problemə qucaq aça bilərsiniz. 

 

  • Sizə kiçik bir məsləhət də verək. SEO və Google Ads birlikdə daha yaxşı işləyir. Bəzən insanlar yalnız birini seçir və bunun kifayət edəcəyini düşünür. Ancaq hər birimiz bilməliyik ki,  əslində bu iki xidmət bir-birini tamamlayır. SEO ilə optimallaşdırılmış başlıqlar və məzmun Google Ads reklamlarının keyfiyyət ballarını artırır. Bu da sizə daha yaxşı nəticələr və daha az reklam xərcləri qazandırır. Yəni, hər iki xidmətdən istifadə etməklə daha çox uğur qazana bilərsiniz.

 

  • Son olaraq qeyd edək ki, SEO sadəcə açar sözlər daxil etmək deyil. Keçmişdə, açar sözlərə fokuslanmaq kifayət idi, amma bu gün Google artıq daha ağıllı çalışır. İndi əsas məsələ yalnız açar sözlər deyil, həm də istifadəçilərə faydalı və keyfiyyətli məzmun təqdim etməkdir. Yəni, SEO işində məqsəd təkcə axtarış motorlarını razı salmaq deyil, həm də istifadəçilərinizə real dəyər yaratmaqdır.

Nəticə etibari ilə deyə bilərik ki, əgər saytınızın Google-da üst sıralarda olmağını istəyirsinizsə, SEO xidmətini almaqda fayda var. Amma bu xidməti almaq üçün yaxşı olardı ki, işi peşəkarlara yönəldin. SEO agentlikləri düzgün strategiya qurmaqla sizi Google-da birinci etmək üçün səylə çalışacaqdır. Düzgün qurulmuş SEO strategiyası sayəsində siz yalnızca qazanacaqsınız!

Digər Bloglarımız haqqında ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.