Spam Skor Nədir?

Bu göstərici, veb saytın və ya səhifənin  spam olma ehtimalını ölçür. Spam skor göstəricisni ölçmək üçün MOZ alətindən istifadə edilir.  MOZ-a görə, yüksək spam skoruna malik sayt axtarış motorlarındakı sıralamalarda bir anda geriləyə bilər.

Spam Score, qué es y su relevancia en SEO | FuturVía

Disavow Nədir?
Disavow, veb saytınızın Google axtarış nəticələrində zərərli backlinkləri aradan qaldırmağa imkan verən Google alətidir. Bu proses Google-a müəyyən backlinklərin silinməyi və ya mənfi təsirlərini azaldmasını bildirən bildiriş göndərir. Bununla da veb saytınızın axtarış motorlarındakı sıralamasını qorumaq mümkündür.

Disavow Spam Skoru Azaldırmı?
Backlinklərinizi disavow aləti ilə aradan qaldırmaq spam skorunuzu azaltmır. Spam skorun Google ilə bir əlaqəsi yoxdur (Google-un rəsmi olaraq təqdim etdiyi bir spam balı yoxdur) və MOZ alətinin disavow vasitəsilə aradan qaldırdığınız linklərdən xəbəri yoxdur.

Qısacası, disavow prosesi yalnız bu linklərin Google performansınıza zərər verməsinin qarşısını alır. Lakin spam skoru azaltmaq üçün ilk növbədə spam skoru artıran səbəbləri müəyyən etməlisiniz. MOZ tam olaraq 26 fərqli məsələlər təqdim edir və spam skorunu azaltmaq üçün bu məsələləri  təhlil etməlisiniz.

What is Spam? How to Reduce Spam Score? - Make Your Website Unique, Grow Your Business

Spam Skoru Artıran Əsas Faktorlar:

  1. Səhifə Sayının Az Olması:
    Veb saytınızda az sayda səhifənin olması problem deyil, lakin bir saytlarn spama düşməsi az səhifə olması ilə əlaqələndirilir.
  2. Spam Domenlər ilə Əlaqəli TLD-lər:
    Bəzi üst səviyyəli domenlər (.download, .stream, .win, .biz və s.) spam saytlarla daha çox əlaqələndirilir.
  3. Domen Adının Uzunluğu:
    Subdomen və əsas domenin uzunluğu spam saytlarında istifadə edilənlərlə oxşarlıq göstərə bilər.
  4. Domen Adında Rəqəmlərin Olması:
    Domen adında rəqəmlərin olması həmin saytları spama sala bilər.
  5. Google Font API-nin Olmaması:
    Xüsusi fontlardan (məsələn, Google Font API) istifadə etməyən domenlər daha çox spam saytlar ola bilər. Bu xüsusiyyətin olmaması bir çox spam saytlarında müşahidə olunmuşdur.
  6. Google Tag Manager-in Olmaması:
    Google Tag Manager, spam saytlarında demək olar ki, heç istifadə edilmir.
  7. DoubleClick-in Olmaması:
    DoubleClick reklam etiketi spam saytlarında nadir hallarda tapılır.
  8. Telefon Nömrəsinin Olmaması:
    Spam saytlar nadir hallarda səhifələrində real telefon nömrələri göstərir.
  9. Linkedin Bağlantılarının Olmaması:
    Spam saytlarının demək olar ki, heç birində Linkedin bağlantısı yoxdur. Bu xüsusiyyətin olmaması saytı spam edə bilər.
  10. E-poçt Ünvanının Olmaması:
    Spam saytlarında demək olar ki, e-poçt ünvanı göstərilmir.
  11. HTTPS-ə Keçid:
    Spam saytlar adətən SSL sertifikatına sərmayə qoymur. HTTPS etibar siqnalı kimi qəbul edilir.
  12. Meta Açar Sözlərdən İstifadə:
    Meta açar sözləri etiketindən istifadə edən səhifələrin spam olma ehtimalı daha yüksəkdir.
  13. Sayta Keçid Sıralaması:
    Sayta keçidi az olan veb saytlar, yüksək ziyarət sayına malik olanlardan daha çox spam kimi qəbul edilir.
  14. Rel Canonical Etiketinin İstifadəsi:
    Uyğunsuz rel=canonical etiketi spamla əlaqələndirilə bilər.
  15. Başlıq Elementinin Uzunluğu:
    Çox uzun və ya çox qısa başlıqlar veb saytı spama sala bilər.
  16. Meta Descripation  Uzunluğu:
    Çox uzun və ya çox qısa meta descripation spam saytlarında tez-tez tapılır.
  17. Meta Açar Sözlərinin Uzunluğu:
    Uzun meta açar sözlər spam saytlarında daha çox rast gəlinir.
  18. Favicon İstifadəsi:
    Spam saytlar nadir hallarda favicon istifadə edir. Etibarlı saytlar isə adətən istifadə edir.
  19. Facebook Pikseli İstifadəsi:
    Facebook izləmə pikseli spam saytlarında demək olar ki, heç vaxt istifadə edilmir.
  20. Xarici Bağlantıların Sayı:
    Spam saytlar anormal dərəcədə yüksək və ya aşağı xarici bağlantılara malik ola bilər.
  21. Bağlantı Verilən Domen Sayı:
    Spam saytlar çox yüksək və ya çox aşağı domen bağlantıları ilə fərqlənə bilər.
  22. Bağlantıların Məzmun Nisbəti:
    Spam saytlar bağlantıların məzmunla nisbətində anormal göstəricilərə malik ola bilər.
  23. Domen Adındakı Samit/Saitlər:
    Spam saytlar domen adlarında ardıcıl sait və ya samit hərflər istifadə edə bilər.
  24. Domen Adında Tire İşarəsi:
    Spam saytlar domen adlarında bir neçə tire işarəsi istifadə edə bilər.
  25. URL Uzunluğu:
    Spam səhifələr çox qısa və ya çox uzun URL-lərə malik ola bilər.
  26. Uyğun olmayan Sözlərin Mövcudluğu:
    Spam saytlar spam mövzuları ilə əlaqəli xüsusi sözlərdən istifadə edə bilər.

Nəticə:
Google-un Disavow alətindən istifadə etmək MOZ spam skoru üzərində birbaşa təsir göstərmir. Spam skoru azaltmaq vaxt tələb edir və yalnız spamsız bir backlink qurmaq kifayət deyil. 26 məsələni nəzərə alaraq, spam skoru sağlam şəkildə azaltmaq mümkündür.

İpucu:
MOZ Spam Score göstəriciniz 10-dan aşağıdırsa, narahat olmağa ehtiyac yoxdur. 1-10 arası dəyərlər risk yaratmayan göstəricilərdir. 10-20 arası səbəbləri yoxlamaq və Google üçün problem yaradacaq halların qarşısını almaq tövsiyə olunur. 20-dən yüksək spam skoru isə veb sayt üçün problem yarada bilər.