Bildiyimiz kimi, Search Console və Google Analytics müxtəlif hesablamalar istifadə etdiyi üçün onların məlumatlarını eyni şəkildə görmək mümkün olmurdu. Bu fərqlərin səbəbini öyrənmək və hər iki aləti daha effektiv istifadə etmək üçün bu məqalə sizə kömək edə bilər.


Digitalçılar üçün bu problem illərdir maraq doğurmaqda idi. Looker studionun təqdim elədiyi Yeni resurslar sizə nəyi müqayisə edə biləcəyinizi və bu alətləri necə daha effektiv işlədə biləcəyinizi izah etməkdə faydalı olacaqdır.

 

Using Search Console and Google Analytics Data for SEO | Google Search Central | Documentation | Google for Developers

Google Fevral ayında, Google Analytics + Search Console məlumatlarını SEO üçün analiz etməyə imkan verən yeni Looker şablonu yaratdığını elan etdi. 

Hər iki alətin məlumatlarını tək bir hesabatda analiz etmək üçün super faydalı bir vasitə olacağını ümid edirik.  Google Search Central-da təqdim olunan yeni bir resurs, SEO-çu-ların həm GA4, həm də GSC məlumatlarını bir yerdə analiz etmələri üçün istifadə edə biləcəkləri şablonun bizim üçün üstünləri nələrdir ?

 

Google Analytics vs. Google Search Console: Key Differences

 

 

Tablonu istifadə etmək üçün sadəcə aşağıdakı addımları yerinə yetirin:

1️⃣ Tablo linkini açın.
2️⃣ Google Analytics 4 məlumatlarınızı qoşun.
3️⃣ Search Console məlumatlarınızı (URL İmpressions) qoşun.

Hesabat avtomatik olaraq SEO məlumatlarınızı vizuallaşdıraraq sizə aydın şəkildə təqdim edəcək. Burada aşağıdakı göstəriciləri görə bilərsiniz:

Orqanik Trafik və İstifadəçi Fəaliyyəti (Engagement Rate) zamanla – Orqanik trafikinizin  İstifadəçi Fəaliyyəti ilə necə dəyişdiyini müqayisə edə bilərsiniz.

Orqanik trafikin ümumi trafikdəki payı – Saytınıza gələn ümumi trafikin nə qədərinin orqanik axtarışdan gəldiyini və bu faizin zamanla necə dəyişdiyini göstərir.

Kliklər və CTR zamanla – Axtarış nəticələrindən veb saytınıza gələn kliklərin və klikləmə nisbətinin (CTR) zaman içində necə dəyişdiyini izləyə bilərsiniz. Bu, kliklərin azalmasının və ya artmasının CTR-lə əlaqəli olub-olmadığını anlamanıza kömək edəcək.

Ən yaxşı səhifələr və sorğular (kliklər və CTR üzrə) – Ən çox klik alan və ya yüksək CTR-ə sahib səhifə və axtarış sorğularınızı göstərir. İstəyə uyğun olaraq filtr edə bilərsiniz.

🔹 Bu hesabat, Search Console və Google Analytics məlumatlarını bir yerdə analiz etməyə imkan verən çox faydalı bir vasitə olacağını güman edirik. Rəqəmsal Marketing haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə bizi sosial şəbəkələrdə izləyə bilərsiniz.

Müəllif: Fatimə Carullazadə