2024-cü ilin dekabr spam yenilənməsi Google-un axtarış alqoritmində mühüm dəyişikliklər gətirən bir yeniləmə idi.  Bu yeniləmə spam xarakterli və aşağı keyfiyyətli Məzmunları hədəf alırdı. 7 gün davam edən Yenilənmə 26 dekabr 2024-də başa çatdı.   ilin son  Spam  yeniləməsinə daha detallı nəzər salaq:

Google December 2024 Spam Update: Pre-Kerst Chaos! | SEOnieuws

Spam Yeniləməsinin Əsas Xüsusiyyətləri

Google, spam məzmunlarla ilə mübarizəni daha da sərtləşdirərək, Axtarış nəticələrində aşağıdakı manipulyativ metodlardan istifadə edən saytları cəzalandırdı:

  • Keyword stuffing ( Açar söz hannibalizmi): Məzmunu qeyri-təbii şəkildə çoxlu açar sözlərlə dolduran saytlar.
  • Cloaking (aldadıcı məzmun ):  İstifadəçilərə bir məzmun, Googlebot-a isə fərqli məzmun göstərilməsi.
  •  keyfiyyətsiz məzmun: Yalnız reytinq qazanmaq məqsədilə yaradılan, lakin istifadəçiyə heç bir fayda verməyən məzmun.

2024-cü ilin Son Spam Yenilənməsi Saytlara Necə Təsir Edəcək?

  1. Spam taktikasına güvənən saytları.
  2. Keyfiyyətsiz reklamlarla istifadəçiləri aldadan platformaları.
  3. Manual cəza almış saytları
    Belə saytların reytinqlərində ciddi düşüş, hətta Google indeksindən çıxarılma halları baş verdi.

Google Completes December 2024 Spam Update After Week-Long Rollout

Google hər zaman yüksək keyfiyyətli və istifadəçiyə faydalı məzmunu təşviq edir. Bu yeniləmə ilə bir daha göstərdi ki, manipulyasiya ilə uğur qazanmaq artıq mümkün deyil. Əgər saytınız keyfiyyətə fokuslanmırsa:

📉 Trafik itirəcəksiniz. 

⚙️ İndekslənmədə problemlər yaşaya bilərsiniz.  

🚨 Uzunmüddətli rəqəmsal strategiyanız təhlükə altında qalacaq.

 

Spam Güncəlləməsi zamanıTrafik itirməmək üçün Tövsiyyələr 🚀

✨ Məzmunun Keyfiyyətli olması:

📝 Faydalı və dəyərli məzmun yaradaraq,  İstifadəçilərin ehtiyaclarına cavab verən məlumatlar təqdim edin.

❌ Boş və ya mənasız yazılardan uzaq duraraq Məzmuna dəyər qatmağa çalışın.

 

🔗 Təbii Backlinklər istifadə edin:

🚫 Manipulyativ yollarla əldə edilmiş backlinklərdən uzaq durun. Google bu cür taktikalara qarşı sərt tədbirlər görür.

✅ Keyfiyyətli və təbii yollarla backlink əldə edin. Faydalı məzmun bu işdə sizə kömək edə bilər.

 

🛠️ Texniki Audit:

🔍 Google Search Console-dan istifadə edərək İndekslənmə və digər texniki problemləri müəyyənləşdirib həll edin.

🔧 Saytınızın texniki sağlamlığını müntəzəm yoxlayın. Məsələn, səhv URL-lər, yavaş yükləmə vaxtı və ya bloklanmış səhifələr kimi məsələlərə diqqət edin.

📜 Google-un Təlimatlarına Uyğunlaşın:

⚠️ Spam qaydalarına riayət edin. Google-un siyasətlərinə uyğun hərəkət edin.

📩 Manual cəza almış saytlar üçün bərpa müraciəti edin. Bütün problemləri aradan qaldırdıqdan sonra Google-a məlumat verin.

Google's June 2024 Spam Update: What You Need to Know

Spam Güncəlləmə haqqında əlavə qeydlər:

Google bu yeniləmə ilə təkcə saytları deyil, həm də reklamları ciddi nəzarətdə saxladı. Spam cəzası almış saytlara yönləndirilən reklamlar avtomatik olaraq rədd edilir. Bu addım həm axtarış sistemində, həm də reklam platformasında keyfiyyət standartlarını qorumaq məqsədini daşıyır.


Əgər sayt sahibləri bu prinsiplərə əməl etsələr, uzunmüddətli uğur üçün heç bir maneə olmayacaq.