Google, 2024-cü ilin noyabr ayında (Core Update) həyata keçirdiyini elan edib. Bu yeniləmə əsasən istifadəçilərə daha faydalı və dəyərli məzmun təqdim etmək, aşağı keyfiyyətli və etibarsız məzmunları isə sıralamalarda aşağı salmaq məqsədini güdür.

 Bildiyimiz kimi,  Son illərdə SEO məzmunlarına yönəlik tənzimləmə siqnalları verən Google, nəhayət 2024-cü ildə gözlənilən yeniləmələri intensiv şəkildə həyata keçirdi. 

Navigating Google's November 2024 Core Update Without Losing Your Cool | by zack | Nov, 2024 | Medium

2024 Google ( Core Update  ) Güncəlləmələri:

Bu il Google, mart və avqust aylarında həyata keçirdiyi Core Update-lərdən sonra ilin sonuncu əsas yeniləməsi olan Noyabr 2024 Core Update-ni təqdim etdi. 2024 Noyabr Core updateində hədəf alınan əsas Nüanslar:

📊 Məzmunun Daha Dəqiq Qiymətləndirilməsi:
Google, axtarış nəticələrində daha məqsədəuyğun və keyfiyyətli məzmunları önə çıxararaq, istifadəçilərə faydalı məlumatlar təqdim etməyə çalışır.

🚫 Spam və Təkrarlanan Məzmunların Aradan Qaldırılması:
Təkrarlanan və spam məzmunların sıralamalarda təsirini minimuma endirmək üçün alqoritmik dəyişikliklər tətbiq olunur.

📈 Keyfiyyətli Axtarış Təcrübəsi:
Google, istifadəçilərə daha məqsədəuyğun nəticələr təqdim etməklə ümumi axtarış təcrübəsini təkmilləşdirir.

📱 Play Store və Xidmətlərə Fokuslanma:
Yeniləmələr, Play Store kimi xidmətlərin daha yaxşı optimallaşdırılmasına və istifadəçi təcrübəsinin artırılmasına yönəlib.

🔄 Alqoritmik Dəyişikliklərin Sürətlənməsi:
Bu il həyata keçirilən Core Update-lərlə Google, istifadəçi tələblərinə daha tez uyğunlaşan və dinamik sistemlər qurmağa çalışır.

 

Bu, Google-un il ərzində həyata keçirdiyi alqoritmik dəyişikliklərdən sonra 2024 üçün təsdiqlədiyi son əsas yeniləmədir. Şirkətin X (Twitter) hesabından edilən açıqlamada belə qeyd edilib:

  •  “Bu gün Noyabr 2024 əsas yeniləməsini yaydıq. Yaxın vaxtlarda bu yeniləməni sıralama versiya tarixçəsi səhifəmizə əlavə edəcəyik və yayılma tamamlandıqda məlumatları yeniləyəcəyik.”

Google November 2021 Core Update: Google Spam Update Insights

Google Core Update və Spam Məzmunla Mübarizə

Bəzi veb saytlar, Google-un alqoritmlərini “aldatmaq” üçün hazırlanmış məzmunlar istehsal edərkən, oxucuların tələblərini nəzərə almaq əvəzinə, internetdə üst sıralarda görünməklə reklamlardan pul qazanmağı üstün tuturlar. Bu isə həmin saytlardakı məzmunların əslində çox az faydalı məlumat ehtiva etməsi ilə nəticələnir. Bu saytlarda, adətən, nəşriyyatlara pul qazandıran bir sıra bağlantılar və reklamların yanaşı, yeni və orginal məlumat ehtiva etməyən təkrarlanan mətnlər yer alır. 

Google bu cür spam məzmunlu saytların axtarış nəticələrində üst sıralarda çıxmaması üçün son illərdə ciddi addımlar atır. Bu il bu yeniləmə dalğası daha da dərinləşdirildi və sürətləndirildi. İlk olaraq mart ayında əsas yeniləmə həyata keçirən Google, avqust və noyabr aylarında iki yeni əsas yeniləmə ilə dəyişikliklərini davam etdirdi.

Google November 2024 Core Update: What You Need to Know

 Google Noyabr Güncəlləmisi Hansı sahələrə Daha çox Təsir Göstərəcək?

 

Sıralama Dalğalanmaları: 

⚕️ Sağlamlıq Saytları:
Sağlamlıq sahəsindəki saytlar yeniləmədən daha çox təsirlənmiş və sıralamalarda əhəmiyyətli dəyişikliklər müşahidə olunmuşdur.

📚 Elmi Məqalələr:
Elmi məqalələrə fokuslanan saytlar sıralama dalğalanmalarını daha çox hiss etmişdir.

💻 Texnologiya Sahəsi:
Texnologiya mövzularını əhatə edən saytlar yeniləmədən təsirlənərək, sıralamalarında dəyişikliklər yaşamışdır.

💄 Gözəllik Saytları:
Gözəllik mövzulu saytlar yeniləmə nəticəsində sıralamada bəzi dəyişikliklərlə üzləşmişdir.

🏋️ Fitness Sahəsi:
Fitness sahəsində fəaliyyət göstərən saytlar da dalğalanmalardan təsirlənən kateqoriyalar arasında yer alır.

 

Regional Fərqliliklər: Yeniləmə ABŞ bazarına daha böyük təsir göstərsə də, digər regionlarda, o cümlədən Avropada təsirlər daha az hiss edilib.

 

Google  Core Update zamanı trafik itirməmək üçün nə etməli ?

 

  1. Məzmun Keyfiyyətini Yoxlayın: Saytınızdakı mövcud məzmunları yeniləyərək istifadəçilərə dəyərli, faydalı və unikallığı ilə seçilən məzmun təqdim edin.
  2. Texniki SEO-nu Gözden Keçirin: Saytın yükləmə sürətini artırın, mobil uyumluluğunu təmin edin və istifadəçi təcrübəsini yaxşılaşdırın.
  3. Yenilənən Trendləri İzləyin: Google-un alqoritma yeniləmələrini və tələblərini diqqətdə saxlayaraq strategiyanızı uyğunlaşdırın.

Bu yeniləmənin saytınıza necə təsir göstərdiyini anlamaq və uyğun addımlar atmaq üçün Google Search Console alətindən istifadə edə bilərsiniz. Daha dəqiq məlumat və dərin analiz üçün mütəxəssislərdən dəstək almağınız tövsiyə olunur.