Google reklam mütəxəssisi Google ads üzərindən reklam strategiyalarını peşəkar olaraq həyata keçirən şəxsdir. Bu işlə adətən uzun müddət təcrübəsi olan şəxslər məşğul olmaqdadır. Bildiyiniz kimi, məhsul və ya xidmət satan saytınızın müştəri sayını, qazancını və imicini artırmaq üçün Google reklamları çox önəmli vasitədir. Bunun görə də sizə bu işin mütəxəssisi olan peşəkarlarlar hər zaman lazımdır.
Google reklam mütəxəssisi şirkətiniz üçün düzgün strategiya qurub, büdcənin uyğun şəkildə istifadə edilməsini təmin edir. Baş verən problemləri qısa zamanda aradan qaldırıb, reklamları daimi optimizasiya edərək sizə uğurlu nəticələr qazandırır.
Google reklam mütəxəssisinin əsas işləri nələrdir?
Reklam mütəxəsissləri bəzilərinin düşündüyü kimi bir kliklə sadəcə reklamın işləməsini təmin etmir, daima reklam optimizasiyası ilə məşğul olur. O, reklamların daha effektiv və nəticələrinizin uğurlu olması üçün aşağıdakı əməliyyatları da yerinə yetirir.
Sektor analizi
Google Ads üzrə ixtisaslaşmış mütəxəssis işə sizin fəaliyyət göstəriyiniz sektorun ən incə məqamlarına qədər analiz etməklə başlayır və göstərdiyiniz xidmət, satdığınız məhsullara görə sizin hədəf kütlənizi təyin edir. Reklam işlərinə başlamazdan əvvəl ona uyğun açar sözləri araşdırıb cəlbedici reklam vizualını və büdcə hesablamalarını aparır. Öz işinizdə rəqabət mühitinə uyğun olaraq irəliləməyiniz üçün strategiya və yol xəritəsi hazırlayır.
Rəqib analizi
Rəqib analizi edərək fəaliyət göstərdiyiniz sahədəki rəqibləri araşdırıb, nələri etməli olacağının bir-bir qeydini götürür. Rəqiblərinizin hansı açar sözlərdə göründüklərini analiz edib, hansı kütləyə fokuslandıqlarını təyin edərək, sizin üçün daha yaxşı nəticələr verəcək planlar tərtib edir.
Açar sözlərin analizi
Google Ads üçün əsas trafik açar sözlərlədir. Bu sözlərlə siz xidmətinizi axtaran şəxslərə ilk görünərək potensial müştəri əldə edib, satışları həyata keçirə bilərsiniz. Burada Google reklam mütəxəsisi, açar sözü saytınızla əlaqələndirərək ən ucuz büdcə ilə ilk sırada görünməyinizi təmin edir.
Neqativ açar sözlərin təyini
Google Ads ilə reklam verərkən əsas diqqət tələb edən məsələ isə sizə müştəri qazandırmayacaq sözlərdən istifadə etməməkdir. Bu sözləri seçərək boş yerə pul xərcləməyinizdən sizi azad etmək də bu mütəxəssisin işidir.
Reklam üçün mövqe analizi
Reklamlarınızın harada görünməsi çox önəmlidir. Müştərinizin sizi axtardığı yerdə görünməlisiniz. Bunun üçün də reklamlarınızı xidmət göstərdiyiniz ərazilərə uyğun olaraq tənzimlənməsi də vacib məsələdir.
Saxta kliklərə qarşı mübarizə
Pulunuzu niyə boş yerə israf edəsiniz ki? Buna görə də mütəxəsislər 90%-lik bir tədbir görərək saxta kliklərin qarşısını alaraq, büdcənizin düzgün istifadə edilməsini təmin edir.
Az büdcə ilə daha çox görünmək
Google Ads və saytınızda düzgün tənzimləmələr edərək, reklamlarınızın daha az büdcə ilə davam etməsini təmin etmək lazımdır. Bu zaman saytınızın reklama tam uyğun hala gəlməsini və maksimum qazanc əldə etməyinizi düşünməlisiniz.
Sayt analizi
Reklam verərkən önəm verilən əsas məsələlərdən biri və birincisi saytınıza daxil olan müştərilərin axtarışlarına cavab verə bilməkdir. Bunun üçün saytınızın reklam nəticələrinin yaxşılaşdırılmasına uyğun düzəlişlərə də ehtiyacı var.
Son zamanlar reklam verənlərin sayı çox olduğu üçün, artıq bu işlər xüsusi bir peşəkarlıq və təcrübə tələb edir. Google reklam hesabının qazanclı bir nəticə verməsi üçün 50-dən çox amilə nəzarət edilməli və daimi optimizasiya olunmalıdır. Siz də Google reklamlarından daha karlı nəticələr əldə etmək istəyirsinizsə, bizə müraciət edin.