Bir çoxlarını narahat edən məsələ, internetdən istifadə edərkən eyni reklamlar ilə qarşılaşması olub. Bəzən deyirlər ki, “bizi necə izləyirlər” və ya “bu necə olur kimi” suallar eşidirik. Bu gün bu suallara cavab tapmaq üçün bu yazını sizə təqdim edirik, bütün suallar bizi Google siqnallarına doğru aparır.
Google siqnalları nədir, bizi necə izləyirlər?
Google siqnalları bütün Google platformaları üzərində işləyir. Bu siqnallar, bütünlükdə istifadəçiləri izləməklə məşğuldur. Sistemi elə qurublar ki, siz hər hansısa bir axtarış verdikdə və ya nə iləsə maraqlandıqda bütün məlumatlarınız Google tərəfindən qeydə alınır, saxlanılır və müqayisə edilir.
Bu prosesi, nümunə ilə izzah edək:
Kinoya getmək istəyirsiniz, ilk öncə hər hansısa bir kinoteatr adı yazıb Google da axtardınız. Daha sonra kino ilə bağlı reklamlar qarşınıza çıxmağa başlayır.Çünki Google artıq sizin nə ilə maraqlandığınızı bilir, ona görə digər reklam formalarında və platformalarda sizə reklamları göstərir. Bu proses davamlı formada və müxtəlif yerlərdə gedir. Sayta daxil olduqdan sonra, bu kinoteatr və ya fil haqqında sosial media da axtarış edə bilər, Google Map-də məkana baxa bilər və ya Google Play Store-də hər hansısa bir tətbiqi köçürmək istəyə bilərsiniz. Bütün bu proseslər cəmlənir və sonunda Google məlumat bazasında yüklənir.Beləliklə Google hər hansısa bir platformada sizin fəaliyyətlərinizə uyğun məlumatlar əldə etdiyi üçün , artıq siz ona tanışsınız və o sizin maraq dairənizi bilir. Sizə buna uyğun reklamlar və ya saytlar çıxara bilər. Sosial media hesabları da Google ilə ortaqlı işləyir və onların işləmə şəkli bu formada olur.
Affinity / In Market Audience
Buradan həmçin Google hədəf kütlələri məsələsi də ortaya çıxır ki, bu haqda da qısa bir məlumat vermək yerinə düşər.
1- Affinity – Uyğun sektorda məhsulla maraqlanan şəxslər
2- In Market – Uyğun sektorda məhsulu almaq istəyən şəxslər
Yuxarıda qeyd etdiyim bu iki kütlə məhz Google siqnalları nəticəsində yaranır. Həmin kütlələrə bir həftə ərzində eyni məhsulu Google-un bir çox platformasında eyni məhsul və ya xidməti axtaran şəxslər daxildir. Misal üçün siz həm Google axtarışlarında, həm Map-də və həm də Play Store-də eyni məhsul haqqında axtarış etmisiniz. Bütün bu məlumatlar daha sonra sizə Google Ads ilə reklam verərkən kütlə formasında təqdim olunur və siz rahatlıqla maraq dairələrinə uyğun reklam kompaniyaları yarada bilirsiniz. Seçilən hədəf kütlə dar olduğu üçün ilk vaxtlarda bu məsləhət deyil, daha sonra satış məqsədli kompaniyalar qurarkən bu tip hədəf kütlələrdən istifadə etməyiniz məsləhətdir.
Mövzunu toplasaq, bu gün Google-un bizi necə izlədiyini, Google siqnalları və reklam kütlələrini necə müəyyən etdiyini anladıq. Əslində bu platformalar daha dərinliyə gedərək, bizim haqqımızda olan bütün məlumatlara sahibdirlər. Bu məlumatlar müxtəlif məqsədlə istifadə edilir, burada seçkilərdə istifadə olunan, müxtəlif kompaniyalarda istifadə olunan və ya daha fərqli məqsədlərlə istifadə olunan reklamlarda görmək mümkündür.