Ölkəmizdə və dünyada e-ticarətə maraq artdıqca, SEO prosesinə maraq daha çox artır. Həm fərdi, həm də korporativ saytlar son illərdə SEO-ya daha çox büdcə ayırmaqdadır. Saytdaxili optimizasiyalarını tamamlayan saytlar, sayt xarici SEO işlərinə yönəlir. Bu işlər çərçivəsində backlink yaradılması, saytların axtarış motorlarında görünürlüyünü artırır. Veb dünyasında link building olaraq adlandırılan bu proses, e-ticarət saytları üçün hazırda ən vacib sahələrdən biridir. Əgər siz də onlayn satış sahəsində xidmət göstərirsinizsə, e-ticarət saytları üçün backlink almaqla daha yüksək uğurlara imza ata bilərsiniz.
E-Ticarət saytları üçün backlink alınması üçün doğru proseslər hansılardır?
Əgər onlayn satış sahəsində fəaliyyət göstərirsinizsə, backlink almaq ilə bağlı qeyd olunan mövzulara əlavə olaraq bəzi vacib məqamlara xüsusi diqqət yetirməyinizi tövsiyə edirik. Çünki onlayn alış-veriş saytlarının çoxlu sayda səhifəyə malik olması və məhdud reklam büdcələri ən effektiv backlink yaratmaq metodlarına marağı artırır. E-ticarət saytları üçün burada yer verilən məqamlar, orqanik axtarış nəticələrində performansınızı əhəmiyyətli dərəcədə artıracaqdır.
- Çoxyönlü yanaşma tətbiq edin: SEO strategiyaları hazırlayarkən sadəcə bir istiqamət üzrə hərəkət etməyin. Bu prosesin həm saytdaxili, həm də sayt xarici tərəflərinin olduğunu unutmayın.
- Məhsulları analiz edin: Saytınızdakı ən çox satan, ən az satan və heç satılmayan məhsullar haqqında məlumat əldə edin. Bu üç qrup üçün fərqli iş planları hazırlayın.
- Məhsul səhifələrini təkmilləşdirin: Məhsul səhifələrində məhsulun xüsusiyyətlərini ətraflı şəkildə təsvir etməyə çalışın. İstehsalçının verdiyi məlumatlar kifayət qədər deyilsə, əlavə məlumatlar əldə edin və ya məhsulu özünüz analiz edərək daha detallı məlumatlar əlavə edin.
- Güclü açar sözləri düzgün idarə edin: Güclü olduğunuz açar sözlər üçün daha az backlinkə ehtiyac ola bilər. Amma rəqiblərinizin sizi keçməməsi üçün trafik göstəricilərinizi müntəzəm izləyin.
- Zəif məhsul və kateqoriyaları optimizasiya: Zəif olduğunuz məhsul, marka və kateqoriyalar üçün saytdaxili optimizasiyalarınızı tamamlamadan backlink əldə etməyin. Hər bir backlink axtarış motorlarının saytınızı tanıması üçün bir göstəricidir. Səhifələrinizin optimizasiyası tamamlanmayıbsa, backlinklər təsirsiz olacaq.
- Az satan məhsulların optimizasiya edin: Az satan və ya heç satılmayan məhsulları diqqətlə izləyin. Bu səhifələri hədəf auditoriyanıza daha effektiv şəkildə çatdırmaq üçün xüsusi açar söz strategiyasi yaradaraq səhifələri daxili və xarici linklərlə gücləndirin.
- Zərərli backlinklərlə mübarizə aparın: Artan rəqabət bəzi e-ticarət saytlarını rəqibləri üçün toksik backlink almaq metoduna yönləndirir. Əgər rəqib sayt sizin saytınıza zərərli backlink göndərərsə və siz vaxtında tədbir görməsəniz, etdiyiniz bir çox iş boşa gedə bilər.
Bu metodlar, e-ticarət saytlarının orqanik axtarış nəticələrində mövqeyini yaxşılaşdırmaq üçün tövsiyə olunur. Doğru tətbiq edildikdə həm trafikinizi, həm də satışlarınızı artırmağa kömək edəcək.
E-ticarətdə daha effektiv backlink necə əldə edilir?
Yuxarıda paylaşılmış məlumatlar bütün e-ticarət saytları üçün faydalı backlink alma metodlarını əhatə edir. Daha effektiv nəticələr əldə etmək üçün isə aşağıdakı əlavə məqamlara diqqət yetirməyiniz tövsiyə olunur:
- Title və description optimizasiyası: Səhifələrinizin SEO başlıqlarının uzunluğu 60 simvolu keçməməli, təsvir hissəsinin isə təxminən 130 simvol olması təmin edilməlidir.
- Meta açar sözlərdən yararlanın: Meta açar sözlər 2009-cu ildən SEO sıralama kriteriyası deyil. Lakin səhifələrin izlənməsini təmin etdiyi üçün bunlardan istifadə etməyə çalışın.
- Strateji səhifələrin fərqləndirilməsi: Strateji əhəmiyyət daşıyan səhifələr üçün xüsusi məzmun hazırlayın və daxili keçidlərdə bu səhifələrə üstünlük verin. Lakin hər zaman eyni açar sözlərdən keçid verməyin. Bu prosesin sayta heç bir təsiri olmayacaq.
- Bloq bölməsi yaradın: Məhsullarınızla bağlı bloq yazıları hazırlayaraq strateji səhifələrinizi linklərlə dəstəkləyin.
- Alt domen bloqundan istifadə edin: E-ticarət proqram təminatında bloq bölməsinin subdomain formasında olması saytınızın görünürlüğünü artırır. Əgər backlink əldə etmə imkanlarınız məhduddursa, bloq vasitəsilə saytınızı özünüz linklərlə dəstəkləyə bilərsiniz.
- Tək mövzuya fokuslanın: Eyni mövzuda bir neçə bloq yazısı yazmayın. Səyfələrinizi bir-biri ilə rəqabətə salmaq əvəzinə, keyfiyyətli məhsul təqdimat yazıları ilə bağlı bir neçə backlink əldə etmək daha təsirli olacaq.
- Sahə ilə bağlı saytlar və xəbər portallarından backlink alın: Sahə ilə bağlı sayt və xəbər portallarından aylıq 2-3 keyfiyyətli backlink almaq kifayət edəcək.
- Footer və header backlinklərdən uzaq durun: Saytın footer və ya header hissəsindən backlink əldə etməyin. Bu, səhifələrin sayı qədər backlink təmin edir və spam skorunuzu artırır. Bu tip backlinkləri mütləq rədd edin. Spam skor göstəricisi haqqında əvvəlki bloqlarımızdan ətraflı məlumat əldə edə bilərsiniz. Spam skor haqqında ətraflı məlumat əldə etmək üçün daxil olun.
- Backlink müxtəlifliyi təmin edin: Saytınızdakı geniş çeşid məhsul çoxdursa, backlinklərdə domen və açar söz müxtəlifliyini təmin edin. Eyni domenlərdən çoxlu backlink əldə etmək əvəzinə, fərqli domenlərdən az sayda keyfiyyətli backlink əldə etmək daha əlverişlidir.