( Crawl Budget ) Tarama büdcəsi, Google və digər axtarış motorlarının saytınızdakı neçə səhifəni və nə tezlikdə yoxlayacağını müəyyən edən bir qaynaqdır. Bu anlayış, axtarış motorlarının Web saytınızın məzmununu nə qədər tez və effektiv şəkildə aşkar etdiyini, indekslədiyini və sıraladığını birbaşa təsir etdiyi üçün çox vacibdir.
Tarama büdcəsi düzgün idarə olunmazsa, vacib səhifələr indekslənməyə bilər və SEO nəticələriniz zəifləyə bilər.
( Crawl Budget ) Tarama Büdcəsi Niyə Vacibdir?
Crawl Budget axtarış motorlarının saytınızdakı səhifələri nə qədər tez-tez və hansı sürətlə yoxlayacağını müəyyən edən bir limitdir. Məsələn, əgər Google saytınızı gündə 200 səhifə indeksləyirsə, bütün səhifələrin yoxlanması bir neçə gün çəkə bilər. Əgər bu limit gündəlik 600 səhifə olarsa, saytınız daha tez taranıb indekslənəcəkdir.
Daha yüksək tarama büdcəsi, axtarış motorlarının Web saytınızda daha çox səhifəni taraya biləcəyi və daha çox məzmunun indekslənib sıralanacağı deməkdir.
Web saytınızın Crawl Büdcəsi iki əsas faktorla müəyyən olunur: Tarama sürət limiti və Tarama tələbi.
- Tarama Sürət Limiti (Crawl Rate Limit):
- Bu, saytınızın ölçüsü, serverin gücü və cavab sürətinə görə axtarış motorlarının eyni anda neçə səhifənizi taraya biləcəyini göstərir.
- Serveriniz yavaş və ya yüklüdürsə, tarama sürəti azalır ki, saytınızın işini ləngitməsin.
- Tarama Tələbi (Crawl Demand):
- Saytınızdakı məzmun nə qədər aktual və dəyərlidirsə, axtarış motorları onu bir o qədər tez-tez tarayır.
- Mütəmadi olaraq yenilənən və keyfiyyətli məzmuna sahib saytlar daha çox taranır.
Sadə dillə desək, saytınız sürətli və keyfiyyətli məzmuna malikdirsə, axtarış motorları onu daha tez və daha çox səhifə üzrə tarayacaq.
Crawl Budget-i Necə Optimallaşdırmaq Olar?
Büdcəsindən maksimum faydalanmaq və web saytınızın SEO göstəricilərini artırmaq üçün aşağıdakı tövsiyələri tətbiq edin:
- Sayt xəritəsi (XML Sitemap) istifadəsi:
✔️ Sadə və məntiqli daxili keçidlər, axtarış motorlarının məzmunu asanlıqla tapmasına kömək edir. Sayt xəritələri (sitemap) yaradın və vacib səhifələrə girişin asan olduğuna əmin olun. - Canonical tag istifadə qaydaları:
✔️ Eyni səhifələrin bir neçə versiyasının olması tarama büdcəsini boş yerə sərf edir. Canonical tag-lardan, 301 yönləndirmələrindən istifadə edərək bu problemi həll edin. - Daxili link strukturunun düzəldilməsi:
✔️ Yaxşı təşkil olunmuş daxili keçidlər axtarış motorlarının vacib səhifələri daha asan tapmasına və tez-tez taramasına kömək edir. - Robots.txt faylının düzgün konfiqurasiyası:
✔️ Vacib olmayan səhifələrin taranmasının qarşısını almaq üçün robots.txt faylından istifadə edin. Məsələn, istifadəçilər üçün vacib olmayan, lakin serverə yük gətirən səhifələri məhdudlaşdırın. - URL parametrlərini optimallaşdırın:
✔️ Parametrlərlə işləyən URL-lər (məsələn, ?id=123&sort=asc) çox sayda dublikat məzmun yarada və tarama büdcəsini boş yerə sərf edə bilər. 404 səhvləri, köhnəlmiş keçidlər və server problemlərini yoxlamaq üçün Google Search Console kimi alətlərdən istifadə edin. - Yüksək keyfiyyətli məzmunu mütəmadi olaraq yeniləyin:
✔️ Axtarış motorları daha aktual və keyfiyyətli məzmuna sahib olan saytları daha tez-tez tarayır. - Düşük keyfiyyətli və ya köhnə səhifələri silin və ya indeksləməyin:
✔️ “Noindex” meta etiketi istifadə edərək əhəmiyyətsiz və ya artıq dəyərli olmayan səhifələrin indekslənməsinin qarşısını alın.
Crawl Budget-i Azaldan Səbəblər:
- Təkrarlanan məzmun: Eyni və ya oxşar məzmunun bir neçə səhifədə olması.
- Yanlış yönləndirmələr: Uzun və ardıcıl yönləndirmə zəncirləri (redirect chains).
- Keyfiyyətsiz səhifələr: Dəyərsiz, az məzmunlu və ya ziyarətçi üçün faydasız səhifələr.
Crawl Budget-i Yoxlamaq Üçün Ən Yaxşı Alətlər:
- Google Search Console – Saytınızın tarama statistikasını və indeksasiya problemlərini analiz etməyə kömək edir.
- Screaming Frog – Saytınızın texniki SEO analizini apararaq tarama səhvlərini və struktur problemlərini aşkar edir.
- Ahrefs və SEMrush – Tarama tezliyi, indeksasiya statusu və SEO performansı haqqında dərin məlumat təqdim edən geniş SEO analiz alətləri.
Crawl Budget Web saytınızın axtarış motorları tərəfindən nə qədər tez-tez və hansı həcmdə taranacağını müəyyən edir. Onu optimallaşdırmaq vacibdir, çünki bu, saytınızın indekslənmə sürətini və axtarış nəticələrində görünməsini birbaşa təsir edir. Düzgün idarə olunan Crawl Budget sayənizdə vacib səhifələr tez indekslənir, resurslar isə səmərəli istifadə olunur.