Backlink SEO ilə maraqlanan hər kəsin ən azı bir dəfə qarşılaşdığı termindir. Əgər saytınız varsa, bu termini daha çox eşidəcəksiniz. Çünki backlink saytın trafikini artırmaq üçün görülən kompleks SEO işlərinin əvəzedilməz hissəsidir.
Backlink nədir, nə üçündür?
Backlink sizin saytınıza başqa saytlar tərəfindən verilən linklərə deyilir. Bunun Google üçün referans sistemi olduğunu düşünə bilərsiniz. Məsələn: bir sayt hər hansı uyğun məqaləsindən sizə link verirsə, Google bunu sizin saytınıza digər saytdan gələn referans kimi qəbul edir. Bu isə sizin saytınızı Google-ın “gözündə” daha da yüksəyə qaldırır. Çox və xüsusilə uyğun backlinklərin olması isə saytınızın avtoritetini (authority) artırır.
Backlinklərin əsas faydası isə sizə Google sıralamasında rəqiblərinizdən daha üstün xüsusiyyətlər qazandırmasıdır. Backlinkə üstünlük verilməsinin və bir çox şirkətlərin bunun üçün xüsusi böyük büdcə ayırmasının da əsas səbəbi bunlardır.
Backlink növləri
Backlinklər istifadəsinə görə bir neçə növlərə bölünür. Bir saytdan backlink alarkən əsas fikir verməli olacağımız özəllikləri isə bunlardır.
Dofollow:
Dofollow sıralama üçün ən lazımlı və Google üçün çox etibarlı, birbaşa güvənilir olduğunu göstərən linklərdir. Nümunə aşağıdakı kimidir.
<a href=”https://www.elseo.az/”>Dofollow</a>
Nofollow:
Bu backlink növləri ilə link verən saytlar nofollow link verdiyi saytın çox da önəmli olmadığını və öz səhifəsinin avtoritetini bölüşmək istəmədiyini göstərir. Son illərə qədər bu linklərin sıralamaya təsir etmədiyi hər kəsə məlum idi. Amma bəzi yeniləmədən sonra PageRank alqoritmi üçün artıq bu tip linklərin də nəzərə alınacağı bildirildi. Analizlərimiz nəticəsində həqiqətən bu backlink növünün də effektiv olduğunu qeyd edə bilərik.
<a href=”https://www.elseo.az/” rel=”nofollow”> Nofollow</a>
Sponsorlu Link
Bir saytdan reklam və bu kimi sifarişli linklər alınarkən istifadə olunan link növüdür.
<a href=”https://www.elseo.az/” rel=”sponsored”>Sponsorlu</a>
UGC linklər:
Bu backlinklər sayt tərəfindən yox, forum və ya bloqlarda istifadəçi tərəfindən rəy yazılaraq yaradılır. UGC link 2019-cu ildən istifadə edilməyə başlanılıb.
<a href=”https://www.elseo.az/” rel=”ugc”>UGC </a>
Backlink haqqında maraqlı statistikalar:
Aşağıda göstərilən statistikalar backlinklərin faydalı və ya faydasız olması ilə bağlı bəzi suallarınıza cavab verəcəyini ümid edirik.
- Google-dakı səhifələrin 91%-i orqanik trafik əldə edə bilmir, bunun əsas səbəbi isə backlinklərinin olmamasıdır. ( Impactplus )
- Bir səhifə nə qədər çox və faydalı backlink alarsa, o qədər çox orqanik trafik əldə edə bilər. ( Ahrefs )
- 43.7% Google-da top səhifədəki saytlar qarşılıqlı backlink alanlardır (Ahrefs)
Necə Backlink ala bilərsiniz?
Saytınıza link almaq nə qədər sadə səslənsə də, bir o qədər vaxt və təcrübə tələb edən prosesdir. Hətta SEO şirkətlərində bu iş ilə xüsusi olaraq məşğul olmaq üçün əməkdaşlar da mövcuddur. Onlar hansı linkin faydalı olub-olmayacağını, hansı linklərlə rəqiblərdən daha üst mövqedə çıxa biləcəyinizi və uyğun saytlar tapmaqla məşğul olurlar.
Saytınız üçün backlink almaq yolları axtarırsınızsa, aşağıdakıları edə bilərsiniz.
1) Qarşılıqlı link vermə – siz başqa sayt idarəçisi ilə əlaqə yaradaraq qarşılıqlı uyğun səhifələrdən linklər ala bilərsiniz.
2) Ödənişlə – sizin üçün faydalı link yeri olacağını düşündüyünüz bir sayt varsa, həmin saytın əlaqə hissəsindən istəyinizi yazaraq ödənişli şəkildə backlink ala bilərsiniz.
3) Bloq və ya forum vasitəsilə – saytınıza uyğun bloqlardan və ya forumlarda baş tutan söhbətlərdə xidmətinizin linkini əlavə edə bilərsiniz.
4) Sosial media – “Ranking” üçün rəqabətdə çox faydalı olmasa da, saytınıza daha çox link gətirməsi və paylaşılması üçün çox vacibdir.
Aşağıda sizin üçün çox faydalı backlink ala biləcəyiniz bir neçə saytların linkləri qeyd olunub. Bu saytlarda öz xidmətinizin sosial hesablarını yaradaraq, paylaşımlar edə bilərsiniz.
- Facebook.com
- Pinterest.com
- Reddit.com
- Quora.com
- Medium.com
- Tumblr.com
- About.me
- Youtube.com
- Linkedin.com
- Behance.com