🌐Keyfiyyətli Backlinklər, Google kimi müxtəlif axtarış motorları ilə veb saytınız üçün inam yaratmaq açardır. Backlinklər, axtarış sisteminin optimizasiyası üçün vacibdir, çünki Google onlardan veb saytların axtarış nəticələrində hansı yeri tutduğunu müəyyən etmək üçün istifadə edir.
Beləliklə veb saytınıza daha çox orqanik trafik gətirə bilərsiniz. Backlinklər həm də veb sayta daxil olan ziyarətçilərin burda daha çox vaxt keçirməsinə kömək edir.Keyfiyyətli backlink sizin veb saytınızı Google-da və digər axtarış motorlarında 1-ci mövqeye çıxara bilər, keyfiyyətli olmayan backlink isə sayta zərər verərək saytın olduğu mövqedən daha geri mövqeyə düşməyinə səbəb ola bilər.
Buna görə də, backlinklər verilməzdən öncə mütləq onlar araşdırılmalı və ətraflı analiz edilməlidir. Veb saytınız üçün digər saytlardan backlinklər əldə edərkən diqqət etməli olduğunuz mühüm amillər var. Bu amillərdən ən vacibi etibarlı saytlardan backlink əldə etməkdir.
Tanınmış veb saytlardan backlink vermək etibarlılığınızı artıracaq. Məsələn, sizinlə eyni sahədə fəaliyyət göstərən məşhur veb saytlardan backlinklər ala bilərsiniz. Bu yolla həm hədəf auditoriyanıza daha asan çata, həm də yüksək keyfiyyətli linklər əldə edə bilərsiniz. Əks təqdirdə, bu bağlantılar zərərli backlinklər olaraq qiymətləndirilə bilər. Gündəlik trafiki yüksək olan veb saytlardan əldə etdiyiniz backlinklər saytınıza daha çox ziyarətçi cəlb etməyə imkan verəcək. Bunun səbəbi, ziyarətçi sayı çox olan saytlardan aldığınız linklərin daha çox insan tərəfindən müşahidə edilmə ehtimalının olmasıdır.
Backlinkləri necə əldə etmək olar ? Nələrə diqqət yetirilməlidir ?
Uğurlu linklər yaratmaq üçün backlinklər alacağınız saytları çox yaxşı təhlil etməlisiniz.Backlinlər əldə edəcəyiniz saytlarda, ziyarətçilərin sayının çox olması və ən əsası daimi keçidlərin olması çox vacibdir. Bir müddət sonra silinən linklər səbəbindən trafik itkisi ilə qarşılaşa bilərsiniz. Saytınızı Google-un gözündə nüfuzunu itirməsinə səbəb olacaq bu kimi hallardan qorunmaq üçün backlink alacağınız saytları diqqətlə seçməlisiniz.
Müxtəlif üsullardan istifadə edərək backlink əldə etmək mümkündür. Blog səhifələrinin şərh bölmələri, forumlar, üzvlük tələb edən saytların profil səhifələri, eləcə də şəkil və video paylaşımı kimi məzmun dərcetmə üsulları vasitəsilə backlinklər yarada bilərsiniz. Sosial media və sosial platformalarından gələn linklər də bu baxımdan olduqca təsirlidir. Saytınıza yönələn linklərin müxtəlifliyinin artırılması, axtarış motorları üçün onu daha nüfuzlu və dəyərli bir mənbəyə çevirməkdə əhəmiyyətli rol oynayır. Backlink yaratmağa başlamazdan əvvəl saytınızın SEO tələblərinə uyğun olması vacibdir.
Hədəflənmiş açar sözlərə əsaslanan məqalələr yazmaq , axtarış motorlarında mövqenizi yüksəltməyə kömək edəcək. Axtarış motoru botları saytınıza yönləndirilmiş bağlantılar vasitəsilə səhifələrinizi gözdən keçirir və onların indeksləşdirilməsinə qərar verir. Nəticədə, uyğun hesab etdiyi səhifələri axtarış motorlarında göstərməyə başlayır. Bu səbəbdən saytınızın başlıqları, təsvirləri və məqalələrində açar sözlərin istifadəsi olduqca vacibdir. Bütün mühüm amilləri nəzərə aldıqdan sonra saytınızın axtarış motorlarında daha üst sıralara qalxması və daha görünən olması mümkün olacaq.
Hansı backlink növləri mövcuddur?
🔗Backlinklər haqqında qısa məlumat əldə etdikdən sonra backlink növlərinə nəzər yetirək. DoFollow linkləri mütəmadi olaraq Google kimi axtarış motorları tərəfindən izlənilir və veb-saytın axtarış motoru reytinqlərinə birbaşa təsir göstərir. Bu növ geri bağlantılar ümumiyyətlə veb saytınızdakı məzmunun keyfiyyətinə və ziyarətçilərinizin təcrübəsinə əsasən əldə edilir. NoFollow linkləri, isə axtarış motorları tərəfindən izlənilmir. Həmçinin, NoFollow keçidləri veb-saytın axtarış motoru nəticələrində reytinqlərə təsir göstərmir. Bununla belə, bu linklər hələ də internet istifadəçilərini vebsaytınıza yönəldə və trafikinizi artıra bilər.
➡️Sponsorlu linklər yuxarıda qeyd etdiyimiz linklərdən fərqli olaraq, veb-saytın pul müqabilində ziyarətçilərini başqa sayta yönəltdiyi keçidlərdir. Bu tip bağlantılara ümumiyyətlə reklam və marketinq məqsədləri üçün üstünlük verilir. UGC (İstifadəçi tərəfindən yaradılan məzmun) geri bağlantılar veb-sayt istifadəçiləri tərəfindən yaradılan və paylaşılan bağlantılardır. Başqa sözlə, bu, internet istifadəçiləri və ya veb sayt ziyarətçiləri tərəfindən yaradılan məzmundakı linklərə aiddir. Biz tez-tez onlayn forumlarda, bloq şərhlərində, sosial media platformalarında bu cür backlinklər görə bilərik.
Backlink Keyfiyyətini Necə analiz etmək olar?
1. Anchor Mətninin Yoxlanılması
Anchor mətn backlink keyfiyyətini təyin etmək üçün ən əsas göstəricilərdən biridir. Axtarış motorları, xüsusilə Google, anchor mətnini araşdıraraq onun əlaqəli olub-olmadığını müəyyənləşdirir. Keyfiyyətli backlinkdə anchor mətn hədəf açar sözləri və ya mövzu ilə əlaqəli ifadələri ehtiva etməlidir.
2. Domenin Etibarlılığını Təhlil Edin
Backlinkin gəldiyi domenin:
- Domain Authority ( Saytın nüfüzü) göstəricisi yüksək olmalıdır.
- Spam Score ( Spam Səviyyəsi) göstəricisi aşağı səviyyədə olmalıdır.
- Page Authority ( Səhifə Nüfuzu) göstəricisi yüksək olmalıdır.
3. Backlinklərin indekslənmə statusunu təhlil edin
Backlink əldə etmək istədiyiniz vebsaytların Google tərəfindən indekslənib-indekslənmədiyini yoxlamaq, uğurlu SEO strategiyası üçün vacibdir. İndekslənməyən saytlar, backlink almaq üçün əlverişsizdir. Vebsaytın indekslənmə statusunu analiz etmək üçün bir neçə üsuldan istifadə edə bilərsiniz. . Əsasən Həmin saytın sitemap-nı araşdıraraq bunun haqqında məlumat əldə edə bilərik.
İndekslənmə Statusunu Yoxlamağın Yolları
Saytın Sitemap Faylını Araşdırın:
Saytın sitemap.xml faylı indekslənməsi haqqında ətraflı məlumat verir. Bu faylı tapmaq üçün saytın əsas domeninə /sitemap.xml
əlavə edin (məsələn, example.com/sitemap.xml
).
Əgər sitemap mövcuddursa, burada təqdim olunan URL-lərin Google tərəfindən indekslənib-indekslənmədiyini yoxlamaq mümkündür.
“site:” Axtarış Əmri:
Google-da site:domain.com əmri ilə axtarış edərək həmin saytın indekslənmiş səhifələrinin siyahısını müşahidə edə bilərsiniz
Əgər heç bir nəticə görünmürsə, bu, saytın Google tərəfindən indekslənmədiyini bildirir.
Google Search Console İstifadəsi:
Əgər backlink almaq istədiyiniz sayt sizin nəzarətiniz altındadırsa, Google Search Console vasitəsilə indeksləmə statusunu yoxlaya bilərsiniz. Bu platforma saytın indekslənmiş səhifələri haqqında ətraflı məlumat verir.
SEO Alətləri ilə Təhlil:
Ahrefs, SEMrush və ya Moz kimi SEO alətləri, saytın backlink profilini analiz etmək üçün ideal vasitədir.
Bu alətlər vasitəsilə həm domenin, həm də fərdi səhifələrin indekslənmə statusunu təhlil edə bilərsiniz.
4. SEO Alətlərindən İstifadə Edərək Təhlil Aparın
Backlink keyfiyyətini yoxlamaq üçün aşağıdakı SEO alətlərindən istifadə edə bilərsiniz:
- Ahrefs: Backlink profilinizi analiz etmək üçün ideal vasitədir.
- SEMrush: Link mənbələrini və onların keyfiyyətini təhlil edir.
- Moz Link Explorer: Domen səlahiyyətini və anchor mətnlərini yoxlayır.
- Google Search Console: Saytınıza gələn backlinklər haqqında məlumat təqdim edir.
Rəqib analizi
Rəqiblərinizin backlinklərinin monitorinqi və təhlili sizə öz backlink strategiyanızı yaratmaqda çox kömək edəcək. Bunun müxtəlif yolları olsa da, ən etibarlı üsul SEO alətlərindən istifadə etməkdir. Bu alətlərin rəqib təhlili hesabatlarında onların əldə etdikləri backlinklərin sayı keyfiyyəti və silinmiş linkləri görə bilərsiniz.