App Store Optimization nədir?

ASO və App Store SEO adları ilə də bilinən App Store Optimization nədir? ASO tətbiqin “Apple Store”, “Google Play” kimi app store-ların daxilində axtarış zamanı ilk sıralarda çıxmasının və yüklənmə sayının artırılmasının yaxşılışdırılması üçün aparılan prosesə verilən addır. ASO –nun bəzən “App Store SEO” adlandırılmasının səbəbi onun SEO ilə bir sıra oxşarlıqlarının olmasıdır.

 

App Store Optimization nə üçün önəmlidir?

Hal-hazırda “Apple Store” daxilində 2.2 milyon, “Play Store” daxilində isə, 2.7 milyon tətbiq mövcuddur (2021). Bu o deməkdir ki, tətbiqinizin ilk sıralarda çıxması üçün qalib gəlməli olduğunuz minlərlə rəqib var.

App Store Optimization-da əsas məqsəd tətbiqin yüklənmə və loyal istifadəçi sayının artırılmasıdır. Yüklənmə sayının artırılması üçün ilk öncə tətbiqin bizə lazım olan açar sözlərdə tapılmasını təmin etmək lazımdır. Bəs bunu necə etməliyik?

Tətbiqin yüklənməsinin təbii böyüməsini tezləşdirmək üçün ilk öncə insanların app store-larda tətbiqləri necə axtarıb tapdıqlarını başa düşmək lazımdır. Statistikalar onu göstərir ki, yükləmələrin 50%-i app store daxilində axtarış, 15%-i dost tövsiyyəsi, 10%-i isə Google kimi axtarış sistemlərinin nəticələrinə əsasən baş verir və insanlar axtarış səhifəsindəki ilk 5 tətbiqdən birini yükləməyə üstünlük verirlər.

Nəticələrdən göründüyü kimi yüklənmə sayını artırmaq üçün ilk sıralarda olmaq əhəmiyyətlidir, ilk sıralarda olmaq üçün isə, app store optimization önəmlidir.

 

App Store Optimization-a təsir edən faktorlar :

  • App Title
  • App Subtitle (Apple Store) / Short və Full Description (Play Store)
  • Keywords (Apple Store) / Quality Backlicks (Play Store)
  • Tətbiq daxili satınalmalar
  • Review və Ratings
  • Mütəmadi olaraq tətbiqin yeni versiyalarının hazırlanması
  • Yükləmə sayı

  

App Store Optimization necə edilməlidir?

  •  App Store Optimization üçün rəqib analizi edin.

Rəqib analizi rəqəmsal marketinqdə hər zaman ilkin addım olmalıdır. Rəqibinizi tanımaq sizə potensial istifadəçilərinizi tanımaqda kömək edəcəkdir. Yuxarıda qeyd etdiyim faktorlardan hansıları necə istifadə etdiyini analiz edib, bunları öz tətbiqiniz üçün də tətbiq edin.

  • Tətbiqiniz üçün düzgün adı seçin.

Tətbiqin adı istifadəçinin ilk gördüyü şeydir. Əgər burada istifadəçinin diqqətni çəkə bilsəniz, onun tətbiqə klikləmə ehtimalını artırmış olacaqsınız. Tətbiq adı seçərkən diqqət etməli olduğunuz şeylərdən biri də ad daxilində tətbiqə uyğun olan əsas açar sözü işlətməkdir.

Tətbiq adında maksimum simbol sayı Google Play Store üçün 50, Apple Store üçün isə 30-dur.

  • Tətbiq üçün ideal description.

Yaxşı description yazmaq istifadəçiyə tətbiq haqqında məlumat vermək və yükləməni artırmaq üçün vacibdir. Descriptionda işlədətdiyimiz sözlərdən istifadə edərək app store tətbiqin hansı açar sözünə görə neçənci yerdə sıralayacağına qərar verir. Burada da SEO-da olduğu kimi spam açar sözlərdən çoxlu işlədərək ilkin sıraya çıxmaq mümkün deyil. Yazdığınız description həm alqoritim həm də istifadəçi üçün başa düşülən olmalıdır.

Apple açar sözləri descriptiondan seçmir ama yenə də IOS istifadəçiləri üçün tətbiqin funksiyalarını izah edən bir description yazmaq lazımdır.

Description hər iki app store üçün 4000 simbol ilə limitlidir. Description yazarkən onun informativ, rahata başa düşülən və aydın struktura sahib olmasına fikir verin.

  • Tətbiqdən ekran görüntüləri və videolar hazırlamaq.

İnsanlar axtarışda tətbiqinizi gördüb kliklədikdən sonra ilk nəzər yetirdikləri şey tətbiqdən olan şəkil və video görüntülərdir. Ekran görüntüləri və videolar yükləmə sayını artırmaqda böyük rol oynayırlar. Ekran görüntüləri və videolar sizə tətbiqin funksianallığını nümayiş etdirmək üçün gözəl imkan verir.

  • Review və Ratings App Store Optimization üçün önəmi.

İstifadəçilərdən aldığınız Review və Ratings App Store optimization üçün əsas faktorlardan biridir. Ratings artdıqca app store-lar saytın istifadəçi üçün daha uyğun olduğunu hesab edir və sıralamada ilk pillələrdə çıxarmağa başlayır. Review-ların sayının çox olması da App Store Optimization üçün lazım olan faktorlardan biridir. Bundan əlavə, review-ların hər birini cavablamaq və bu cavablarda açar sözlərdən istifadə etmək də Google Play-də sıralamada yüksəlməkdə sizə kömək edəcək. İstifadəçilərin 80%-i tətbiqi yükləməzdən əvvəl ən azı bir ədəd review oxuyurlar.

  • Mütəmadi olaraq tətbiqin yeni versiyalarının hazırlanması.

Mütəmadi olaraq tətbiqin yeni versiyalarının hazırlanması app store-lar tərəfindən tələb edilir. Yeni versiyaların olması app store üçün o mənaya gəlir ki, tətbiqin sahibi tətbiqin inkişaf etməsində maraqlıdır və mütəmadi olaraq onu yeniləməklə istifadəçilər üçün daha yaxşı tətbiq hazırlayır.