Axtarış nəticələrində rəqiblər ilə rəqabət etmək və ilk sıralarda çıxa bilmək üçün SEO-ya uyğun kontent yaratmaq və bu kontentlərdə doğru açar sözləri işlətmək vacibdir.

Bu zaman doğru açar sözləri tapmaq və bu açar sözlərin analizlərini etmək üçün müəyyən açar söz alətlərindən istifadə etməyə ehtiyac yaranır. Açar söz alətləri sizə doğru açar sözü tapmaqda kömək edir. Bu yazımızda sizin üçün istifadə edə biləcəyiniz ən yaxşı 15 açar söz alətlərindən bəhs etmişik.

Google Keyword Planner

Açar söz axtarışı zamanı istifadə edə biləcəyiniz ilk alət Google Keyword Planner-dir. Google Keyword Planner istifadə etməklə siz kontentinizdə istifadə edə biləcəyiniz açar sözləri tapmaqla yanaşı, həmin açar sözlərin rəqabət səviyyəsini də görə biləcəksiniz.

UberSuggest

Ubersuggest SEO sahəsində ən çox istifadə olunan açar söz axtarış alətlərindən biridir. Bu alət sayəsində siz axtardığınız açar sözün rəqabət səviyyəsini tapmaqla yanaşı, həmin açar sözə bənzər digər açar sözləri də kəşf edə bilərsiniz.

SEOMonitor

SEOMonitor alətində yer alan SEO funksiyalarından biri də açar söz axtarışı funksiyasıdır. SEO Monitor aləti ilə siz doğru açar sözləri tapmaqla yanaşı, həmin açar sözün axtarış nəticələrindəki vəziyyətini də öyrənə bilərsiniz.

Google Trends

Google Trends axtardığınız açar sözün son zamanlardakı performansını görmək üçün istifadə olunan ideal alətlərdən biridir. Bu alət sayəsində siz müəyyən bir açar söz üzrə olan axtarışları izləyib analizlər edə bilərsiniz.

Semrush

Semrush SEO sahəsində ən çox istifadə edilən alətlərdən biridir. Bir çox SEO funksiyasının yanında açar söz axtarışı etməyə də imkan yaradan Semrush ən yaxşı açar söz axtarışı alətlərindən biridir. Semrush müəyyən bir açar söz üzrə olan trafiki, rəqabəti, rəqabət çətinliyini və bənzər açar sözləri göstərmək kimi funksialara sahibdir.

Wordstream

Wordstream özünə aid xüsusi açar söz məlumat bazası olan xüsusi açar söz axtarışı alətlərindən biridir. Sadəliyi və asan istifadəsi ilə bir çox insan tərəfindən bəyənilən bu alətlə siz axtardığınız açar söz üzrə olan trafiki öyrənə bilərsiniz.

Ahrefs

Ahrefs açar söz axtarışı alətləri arasında ən çox istifadə olunan alətlərdən biridir. Ahrefs ilə detallı açar söz axtarışı etməklə yanaşı saytınızın SEO yönlü analizini, rəqib analizini və daha bir çox analizi həyata keçirə bilərsiniz.

BONUS: Pulsuz Açar Söz Axtarışı Alətləri

Yuxarıda bəhs etdiyimiz açar söz axtarışı alətlərinə əlavə olaraq sizə kömək ola biləcək digər pulsuz alətləri də aşağıda qeyd etmişik. 

  • Wordstat
  • Bing Toolbox
  • Alexa Keyword Research
  • Soovle
  • KWFinder
  • Serpstat
  • Wordstream
  • Jaaxy.com
  • Longtailpro
  • Lsigraph
  • Wordtracker
  • Answerthepublic